Banklar rus rublu almaqdan imtina edir - müəmma

Banklar rus rublu almaqdan imtina edir - müəmma
Novruz bayramı ərəfəsi bır sıra banklar rus rublunun alış və satışını dayandırıb. Banklar bu addımı izah etmir, yalnız qeyri-rəsmi söhbətlərdən belə anlaşılır ki, rus rublunun kursu sabit olmadığından bu addıma gedilir. Bu isə bayram ərəfəsi Rusiyada işləyən və Azərbaycanda ailələrinə və yaxınlarına rus rublu göndərənlər üçün ciddi problemlər yaradıb. 


Məlumdur ki, çörəkpulu dalınca bu ölkəyə üz tutan soydaşlarımız qazandığını ya özü ilə ölkəyə gətirir, ya da hissə-hissə ailəsinə göndərir. Rusiyadan gələn tanışları vasitəsilə ailəsinə, dost-tanışına elə bu ölkənin valyutası ilə çörəkpulu göndərənlər də az deyil. Bəs bu halda vətəndaş nə etməlidir?


Ekspertlər deyir ki, qanunvericilikdə hansı valyutanın satılması ilə bağlı göstəriş yoxdur. Banklar bunu bazar əsasında müəyyənləşdirir və valyuta alqı-satqısını həyata keçirirlər.


Amma qanunvericiliyə uyğun olaraq Azərbaycanda əgər hər hansı bir valyutanın məzənnəsi müəyyən edilirsə, bank və yaxud Maliyyə Bazarlarına Nəzarət Palatası həmin valyutaların satışını və alışını qanuni sayırsa, banklar qeyri-şərtsiz buna əməl etməlidirlər. Yəni heç bir problem olmadan, problem yaratmadan həmin valyutaları almalıdırlar, o cümlədən də rus rublunu. Ola bilər ki, məzənnə vətəndaşa sərf eləməsin, ancaq bank ona təklif olunan valyutanı götürməlidirlər. Ola bilər ki, vətəndaş hansısa bankdan hər hansı bir valyutanı almaq istəyəndə ona deyilsin ki, həmin valyuta yoxdur - bu mümkündür. Adətən deyirlər ki, dollar yoxdur.


Amma vətəndaş tərəfindən təklif edilən valyutanın alınmasında heç bir problem olmamalıdır. Bu halla üzləşmiş vətəndaşlar yaxşı olar ki, həmin bankın adını qeyd eləməklə Mərkəzi Banka, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət etsinlər. Bu, ciddi qanun pozuntusudur. Əgər belə bir hal varsa, bunun səbəbi rublun kursunun son sanksiyalardan sonar sabit olmamasıdır. Bank tərəddüd edir ki, rublu alar və sonradan rubl öz dəyərini itirə bilər, ziyana düşər. Ancaq Azərbaycanda fəaliyyət göstərən bank Azərbaycan qanunlarına, Azərbaycanın maliyyə sferasını idarə edən qurumların verdiyi qərarlara hörmətlə yanaşmalıdır. Bu, qanun pozuntusudur. Əgər valyuta almaq istəyirsənsə, bank qeyd edə bilər ki, bizim filan valyutamız yoxdur. Amma onu almağın heç bir problemi olmamalıdır.


Yada salaq ki, ötən il rus rublu və Çin yuanı ABŞ dollarına nisbətdə 6 faizdən çox bahalaşıb. Amma belə iddialar da var ki, Rusiya hökuməti rublun hazırkı möhkəmlənməsində o qədər də maraqlı deyil və növbəti dövrlərdə neftin qiymətindən asılı olaraq bu möhkəmlənməni ölkə iqtisadiyyatı üçün riskli hesab edir. Həmçinin hökumət Rusiyanın ixrac qabiliyyətinə neqativ təsirləri nəzərə alaraq daha çox rublun ucuzlaşmasında maraqlı görünür. Qeyd edək ki, 2018-ci ilin büdcəsində Rusiya hökuməti büdcə gəlirlərini xərclərdən daha çox artırıb. Belə ki, bu il büdcə gəlirləri 3,7%, xərclər isə 1% artacaq. Bu isə 2018-ci ildə Rusiyada deflyasiyanı qaçılmaz edir. Bunun qarşısının alınması üçün Rusiyada dolların məzənnəsinin yüksəldilərək süni inflyasiya yaradılması proqnozlaşdırılır.


Qeyd edək ki, martın 13-də Rusiya rublunun Milli Bank tərəfindən elan edilən rəsmi məzənnəsi 0,0299 manat olub.

"YM”  

OXŞAR XƏBƏRLƏR

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...