Banklar kredit faizlərini niyə aşağı salmır?- ekspert cavablandırır

Banklar kredit faizlərini niyə  aşağı salmır?- ekspert cavablandırır
"Bu istiqamətdə problemləri aradan qaldırmaq üçün birinci növbədə bazar liberallaşdırılmalıdır”
 
Sfera.az-a açıqlamasında bu sözləri Mərkəzi Bankın sədri Elmar Rüstəmovun rəhbərlik etdiyi qurumun uçot dərəcəsini aşağı salmasına baxmayaraq kommersiya banklarının kredit faizlərini yüksək səviyyədə saxlamaları səbəblərinin dərin və müxtəlif olduğu və bu fonda yalnız MB-da və pul bazarında deyil, digər sahələrdə də islahatlar aparılmasının vaciliyilə bağlı dediyi fikirlərə münasibət bildirərkən  İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib. 
 
Ekspertin fikrincə, prosesə xarici kapital cəlb edilməli və MB-nin banklara verdiyi mərkəzləşdirilmiş kreditlərin həcmi də artırılmalıdır: 
 
"Burada əsasən bir neçə məsələyə baxmaq lazımdır. Birinci məsələ ondan ibarətdir ki, faktiki olaraq Mərkəzi Bank tərəfindən verilən mərkəzləşdirilmiş kreditlərin kommersiya banklarının portfelində xüsusi çəkisi azdır. Mərkəzi Bank sədrinin açıqladığına görə bu məbləğ cəmi 400 milyon manat civarındadır. Amma nəzərə almalıyıq ki, hazırda bankların iqtisadiyyata kredit qoyuluşu təxminən 13 milyard manat ətrafındadır. Bu fonda yaranmış vəziyyət Mərkəzi Bankın kommersiya banklarına verdiyi mərkəzləşdirilmiş kreditlərin həcminin kifayət qədər kiçik olduğundan xəbər verir.  Belə olan təqdirdə, Mərkəzi Bank nə qədər ucuz vəsait verməsinə, uçot dərəcəsini aşağı salmasına baxmayaraq, onun ümumi göstəriciləri ciddi təsirləri olmur. Yəni ümumi kredit faizlərinə bu proses ciddi təsir edə bilmir. Çünki, Mərkəzi Bankın verdiyi kreditin həcmi olduqca azdır və bu vəsaitlərdən banklar geniş istifadə edə bilmirlər. Burada digər faktor ondan ibarətdir ki, bazarda rəqabət mühiti demək olar çox zəifdir. Rəqabət mühitinin zəif olduğu təqdirdə isə, təbii ki, kredit faizlərinin aşağı düşməsini gözləmək də məntiqli olmazdı. Bunun üçün maliyyə kredit bazarının daha da liberallaşdırılmasına və xarici kapitallı bankların Azərbaycan bazarlarında iştirakının artırılmasına ehtiyac var. Digər tərəfdən, faktiki olaraq bu gün də bazarda risqlər qalmaqdadır. Mümkün qədər bu risqləri sığortalamaq məqsədilə də banklar nisbətən daha sərt pul-kredit siyasəti həyata keçirir. Nəticədə indiki halda kredit faizlərinin əhəmiyyətli səviyyədə aşağı düşəcəyini gözləmək doğru olmazdı. Çünki banklar hələ də genişləndirilmiş kredit siyasətinə start verməyiblər. Bu da risqlər fonunda baş verir. Eyni zamanda, bu istiqamətdə problemləri aradan qaldırmaq üçün birinci növbədə bazar liberallaşdırılmalıdır. Buradakı iştirakçıların sayı, onların kapital çeşidliyi artırılmalı, xarici maliyyə korporasiyalarının bazarda iştirakı təmin edilməlidir.
Bazar daha liberal olduğu halda kredit faizlərinin aşağı düşəcəyini görə bilərik. Burada digər məsələ ondan ibarətdir ki, Mərkəzi Bank tərəfindən banklara verilən mərkəzləşdirilmiş kreditlərin həcmi artırılmalıdır. Bu artdığı təqdirdə, təbii ki, Mərkəzi Bankın uçot dərəcəsilə bağlı verdiyi qərarların ümumi kredit göstəricilərinə təsir imkanları genişlənə bilər. Üçüncüsü, banklararası pul bazarının da inkişaf etdirilməsinə ehtiyac vardır. Ölkəmizdə bu proses çox zəifdir. Mərkəzi Bank təşviq mexanizmlərini formalaşdırmaqla müəyyən qədər banklararası pul bazarının inkişafı üçün uyğun mühit formalaşdıra bilər. Belə olan təqdirdə təbii ki, uçot dərəcəsinin ümumi kredit faizlərinə təsiri güclü ola bilər. Ancaq mövcud şərtlər daxilində hələlikdə qəbul edilən qərarların kredit faizlərinə təsiri daha aşağı səviyyədə olacaq”.

Qeyd edək ki, Azərbaycanda kredit faizləri hələ də yüksək olaraq qalır və Mərkəzi Bankın uçot dərəcəsini azaltmasının belə bu bazara təsiri olmur. Ötən il yarımda Azərbaycanda uçot dərəcəsi 15 faizdən 9,25 faizədək düşüb, ancaq kreditlərin qiyməti yenə də yüksəkdir. Mərkəzi Bank sədri Elman Rüstəmov  bunun səbəblərinin dərin və müxtəlif olduğunu, eyni zamanda, yalnız Mərkəzi Bankda, pul bazarında deyil, digər sahələrdə də ciddi islahatlar tələb edildiyini vurğulayıb. 
 
Həmin açıqlamadan göründüyü kimi, təkcə Mərkəzi Bankın uçot dərəcəsini aşağı salması hesabına bank kreditlərinin faizini endirməyə nail olmaq mümkün deyil. Burada başqa addımlar da atılmalıdır. Onun üçün MB rəhbərinin açıqladığı kimi proseslə birbaşa və ya dolayısı ilə bağlı olan digər sahələrdə də ciddi islahatlar aparılmalıdır. Bu açıqlama ilə həmçinin ola bilsin, E. Rüstəmov növbəti mərhələdə həmin istiqamətlərdə bəzi islahatların olacağının da anonsunu vermiş olur. 
 
ELÇİN


OXŞAR XƏBƏRLƏR

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...

Sabah 30 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.   B...

Xalasının bir sözünə görə evə gəlib anasını ÖLDÜRDÜ: "Qətldən sonra isə..." - DETALLAR

“Bəzən qətillərə səbəb heç də tamah və ya əxlaq problemlərindən qaynaqlanmır”.   Sfera.az bildirir ki, bunu "Təmiz Dünya" Qadı...