"Bankı VTB Azərbaycan" yeni məhsulunu təqdim edəcək - MÜSAHİBƏ

Bankı VTB (Azərbaycan)- ın orta və kiçik müştərilərlə iş idarəsinin rəisi Elçin Həsənovun müsahibəsi

Stabil inkişaf üçün sahibkarların daim etibarlı maliyyə dəstəyinə ehtiyacı var. Bu səbəbdən elə biznesin uğuru da  tərəfdaş-bankın düzgün seçimindən asılıdır. Bu sahədə tələbatı yüksək olan bank məhsulları və VTB (Azərbaycan)-ınüstünlüklərindən  bankın orta və kiçik müştərilərlə iş idarəsinin rəisi Elçin Həsənov danışır.

- Bank VTB korporativ müştərilərinə hansı xidmətləri təqdim edir?

Korporativ biznesin inkişafı ənənəvi olaraq fəaliyyətimizin prioritetistiqamətlərindən biridir.

Biz müştərilərimizə geniş çeşidli xidmətlər təklif edir və onlarla möhkəm tərəfdaşlıqəlaqələri qururuq. Bu gün VTB (Azərbaycan) iş adamlarına həm qısamüddətli kreditlər, kredit xəttləri və overdraftlar, həm də yeddi il müddətinə biznes kreditləri təklif edir. Xidmətlər arasında akkreditiv və bank zəmanətləri məhsulları kifayət qədər populyardır. Bunlar sahibkarlara ənənəvi kreditləşmə alətlərindən istifadə etmədən iri sövdələşmələrdə iştirak etməyə imkan verir.

2018-ci ildə verilmiş bank zəmanətlərinin sayı 2, həcmi isə 8 dəfə artıb. Ötən il biz ümumi məbləği 1,5 mln manat təşkil edən 46 bank zəmanəti vermişik- onların arasında rubl və dollarda olan zəmanətlər də olub.    

Kredit məhsulları və sənədli əməliyyatlarhəm yerli, həm xarici valyutalarda təklif edilir. Bu istiqamətdə biz müştərilərimizə kompleks şəklində xidmət göstəririk: sözləşmə şərtlərinin hazırlanması, risklərin və xərclərin qiymətləndirilməsi və s. Bundan başqa, iş adamları hesablaşma-kassa xidməti, ticarət maliyyələşməsi, konversiya əməliyyatları kimi məhsullardan da  yararlana bilər.

-Təklif etdiyiniz xidmətlər digər banklarla müqayisədə hansı üstünlüyünə malikdir?

Bildiyiniz kimi, hazırda bir çox sahibkarlar öz bizneslərini ölkə xaricində də uğurla inkişaf etdirir və bu tendensiya artmaqda davam edir. Belə biznesin bir çox hallarda etibarlı tərəfdaş qismində çıxış edəcək bir banka ehtiyacı var. VTB (Azərbaycan) dabeynəlxalq VTB qrupun bir hissəsidir. Bizim əsas üstünlüklərimizdən biri də məhz bundan ibarətdir: müştərilər bir bankın müxtəlif xarici nümayəndəliklərininxidmətlərindən istifadə edə bilər. Bu, onlara həm vaxtlarına, həm də vəsaitlərinə qənaət etməyə imkan verir.

- Korporativ müştərilərinizə göstərilən xidmətlərə görə hansı tarifləri təqdim edirsiniz?

Biz çevik tarif siyasətinə əsaslanır və müştərilərimizə fərdi yanaşırıq. VTB Qrupun bir hissəsi kimi biz iş adamlarına əlverişli əməkdaşıq şərtləri təklif edirik.Misal üçün, beynəlxalq hesablaşmalar üzrə VTB Qrup çərçivəsində güzəştli tariflər mövcuddur. Bu da müştərilərimizə sərfəli şərtlərlə hesablaşma əməliyyatlarını həyata keçirməyə imkan verir.

-Yaxın vaxtlarda korporativ müştərilərinizəyeni təklif və xidmətlər təqdim etməyi planlaşdırırsınızmı?

Biz daim bu istiqamətdə iş aparırıq. İki dövlətin subyektləri arasında hesablaşmanı asanlaşdıranvə digər ölkələrin bazarlarına yerli məhsulun ixracını artıran məhsul və xidmətlərin tətbiqi bizim üçün prioritet məsələlərdən biridir.

Yaxın vaxtlarda kiçik və orta sahibkarlıq üçün kassa-hesablaşma xidməti paketi kimi yeni məhsulu təqdim etmək niyyətindəyik. Bu xidmət müştərilərə standart əməliyyatlar üzrə xərclərini optimalaşdırmağa imkan verəcək.

Biz rəqəmsallaşdırma dövründə yaşayırıq və bu sahədə aparıcı xidmətlərin təqdim edilməsi sahəsində rəqabət kifayət qədər yüksəkdir. Bu məsələdə banklar da istisna deyil.

Bu gün hər bir maliyyə təşkilatı müştərilərinə rəqəmsal xidmətlər, tətbiqlər təklif edir. Biz mobil və internet bank xidmətlərimizin funksionalını daim genişləndirir, maksimal dərəcədə rahat xidmət göstərməyə çalışırıq. Bu istiqamətdə müştəri bazamızı genişləndirmək üçün perspektivlər mövcuddur.



OXŞAR XƏBƏRLƏR

Azər Türk Bank daha bir filialını istifadəyə verdi - FOTOLAR

Dövlət bankı Azər Türk Bank özünün xidmət şəbəkəsini genişləndirməkdə davam edir.   Bu gün Bank Sumqayıt şəhərində yeni koseptdə açılan fiz...

Azərbaycanla Ermənistan arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi BAŞLADI

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb.   Sfera.az xəb...

ABB-nin ATM-lərində YENİLİK!

Ölkəmizin ən böyük xidmət şəbəkəsinə malik banklarından olan ABB öz ATM-lərində yeni proqram təminatının tətbiqinə başlayıb. Bu yenilik ATM-lər vasitəsilə bank ...

"Ermənilərə həmişə türk kömək edib, sülh müqaviləsi bağlanacaq" - Deputat

“2023-cü il dövlət səviyyəsində Heydər Əliyev ili idi. Dünən Moskvada dövlət başçılarının görüşündə Baykal-Amur magistralında rolundan danışıldı, bu da He...

Sosial yardımlar nə vaxt veriləcək? - RƏSMİ AÇIQLAMA

Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. ...

Siyavuş Novruzov Əli Kərimlini debata ÇAĞIRDI: "Tiktokerlik etməkdənsə, gəlsin..."

“Azərbaycanın atdığı hər addım beynəlxalq hüquq standartlarına uyğundur”.    Sfera.az xəbər verir ki, bunu Milli Məclisin ...