Banka gəlmədən hesab aç, elektron ticarətini qur, 50% endirim qazan!
Azərbaycan Beynəlxalq Bankı sahibkarlara çoxşaxəli dəstək layihələrini davam etdirməkdədir. Ötən ay bank məsafədən hesabın açılması xidmətini müştərilərə təqdim etdi. Eyni zamanda, virtual POS terminal funksiyasını yerinə yetirən IBA Link xidmətini istifadəyə verdi. Bu addımların davamı kimi bank ticarət və xidmət məkanlarında POS terminallardan istifadə üzrə komissiya xərclərini də azaldıb.
Belə ki, sahibkarlar 30 sentyabra qədər Azərbaycan Beynəlxalq Bankının POS terminallarından 50%-dək güzəştli tariflərlə istifadə edəcəklər. Bu güzəşt həm Azərbaycan Beynəlxalq Bankının POS terminallarına, həm də bankın e-commerce sistemi vasitəsilə aparılan onlayn əməliyyatlara şamil edilir.
Qeyd edək ki, Bankın sentyabrın 30-a qədər elan etdiyi kampaniyada fiziki şəxs müştərilər üçün də müəyyən güzəştlər nəzərdə tutulur. Bu tarixə qədər fiziki şəxs müştərilər respublika üzrə köçürmələrini Azərbaycan Beynəlxalq Bankının xidmət ofislərində 50% endirimlə apara bilərlər.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.