Banka gəlmədən əməkhaqqı kartlarının sifarişi mümkün oldu

Banka gəlmədən əməkhaqqı kartlarının  sifarişi mümkün oldu

COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirlərindən irəli gələrək Azərbaycan Beynəlxalq Bankı xidmət imkanlarını mövcud şəraitə uyğunlaşdırır. Korporativ müştərisi olan şirkətlərin əməkdaşlarının sağlamlığı qayğısına qalmaqla Bank karantin dövründə onların bank xidmətlərindən distant istifadə imkanlarını genişləndirmək məqsədilə İnternet Bank sisteminə yeni funksiyalar əlavə edib. Korporativ müştərilər indi əməkhaqqı kartlarını da banka gəlmədən İnternet Bank xidməti vasitəsilə sifariş verə bilərlər. İnternet Bank distant qaydada əmək haqqı kartlarının müddətinin uzadılması, itmiş və oğurlanmış kartların yenidən sifarişi, zərurət yarandıqda kartın bloklanması imkanı da verir.

İnternet Bank sistemi xüsusilə karantin dövründə evdən, ofisdən çıxmadan bir çox bank əməliyyatlarını da məsafədən yerinə yetirməyə şərait yaradır. Belə ki, müştərilər İnternet Bank sisteminin üstünlüklərindən faydalanaraq cari, əmanət, kredit hesablarını distant idarə edə, hesabdan çıxarışlar formalaşdıra, hesab qalıqlarını izləyə, bankdaxili və ölkədaxili köçürmələr apara bilərlər.

Konvertasiya əməliyyatlarının, SWIFT vasitəsilə xaricə köçürmələrin aparılması, ƏDV-nin ödənilməsi, depozit hesablarının, kredit əqdlərinin nəzərdən keçirilməsi, kütləvi köçürmələrin icrası, gündəlik xarici valyuta məzənnələri barədə məlumatların təqdim olunması da Azərbaycan Beynəlxalq Bankının İnternet Bank sisteminin korporativ müştərilərə yaratdığı imkanlardandır. Xidmət haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar.

 

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

OXŞAR XƏBƏRLƏR

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...