Dünya

Banka borcu olan polis arvadını öldürdü

Banka borcu olan polis arvadını öldürdü
Mançerdə yaşayan polis gecə arvadını boğaraq gölə atıb.
 
Səhər tezdən isə adi günlərdəki kimi uşaqlarını yuxudan oyadaraq məktəbə aparıb.

Sfera.az "The Sun” nəşrinə istinadən xəbər verir ki, 43 yaşlı Darren Makki istintaq zamanı deyib ki, yaşadıqları bahalı evə görə banklara 103 min avro borcu olub.

Ər-arvad Uimlslouda, bahalı yerdə ev alıblar. Təmirə də xeyli xərc gedib. Gəlirlərindən dəfələrlə artıq pul xərcləyən ailə borcları üst-üstə yığıb.

Darren arvadına daha borca girməyəcəyinə söz versə də, yenə kredit götürüb.

Sonuncu dəfə arvadı Lienin adına 54 min avro kredit açıb. Lien bunu biləndə evdə dava salıb. 3 uşağı yatandan sonra Darren 38 yaşlı arvadını boğaraq yaxınlıqdakı gölə atıb.
 
İlqar
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31