Bank VTB-dən yenilik
14:30 / 30.07.2019
2760
Bank VTB (Azərbaycan) Villa Petrolea -Nobel qardaşları muzeyində Mastercard Black Edition Premium kartının təqdimatını keçirib. Müştərilər üçün təşkil olunan tədbirdə VTB (Azərbaycan)-ın idarə heyətinin sədri və üzvləri, eləcədə bankın tərəfdaşları, iş adamları, tanınmış ictimai xadimlər iştirak edib.
Mastercard Black Edition kartı müştərilərə bir sıra üstünlüklər, o cümlədən özəl xidmət, hava limanlarının Lounge Key biznes-zallarından istifadə, konsyerj-xidmət, eləcə də bütün sığorta növləri üzrə sərfəli şərtlər təklif edir. Bu, multivalyuta kartıdır və müştərilərə dörd valyutada – manat, rubl, dollar, avroda əməliyyatlar həyata keçirməyə imkan verir.