Bank VTB (Azərbaycan) premium kartları üzrə tarifləri endirib
13:35 / 03.12.2018
2585
Bank VTB (Azərbaycan) fiziki şəxslər üçün premium kartlar üzrə xidmət haqqını 40% aşağı salıb.
Sfera.az xəbər verir ki, indi Visa Gold kartı üzrə 3 illik xidmət haqqı 70 manatdan 45 manata, Visa Platinum kartı üzrə isə 140 manatdan 80 manatadək endirilib. Kartın əldə edilməsi üçün ilkin ödəniş tələb olunmur.