Bank VTB (Azərbaycan) istifadə müddəti bitmiş ödəniş kartlarının vaxtını uzatdı

Bank VTB (Azərbaycan) istifadə müddəti bitmiş ödəniş kartlarının vaxtını uzatdı
 

Bank VTB (Azərbaycan) müştərilərinin sağlamlığı və təhlükəsizliyinin qayğısına qalaraq vaxtı bitmiş kartların istifadə müddətini uzadır. Hazırda proqram 1 iyul 2020-ci il tarixinədək nəzərdə tutulub. Beləliklə, kartlarını yeniləmək üçün müştərilərin bankın filiallarına gəlmələrinə ehtiyac yoxdur. Kartın istifadə müddəti avtomatik olaraq uzadılacaq.

 

Müştərilər kartlarından məhdudiyyətsiz istifadə edə biləcək.

"Biz başa düşürük ki, koronovirus infeksiyası ilə mübarizə şəraitində ictimai yerlərə, o cümlədən bank filiallarına ziyarətləri minimuma endirmək çox vacibdir. Məhz buna görə kartların istifadə müddətininin uzadılması haqqında qərar qəbul edilib. Biz həmçinin müştərilərimizi bank əməliyyatlarını distant kanallar vasitəsilə həyata keçirməyə çağırırıq. Bunun üçün Facebook Messenger-dəki rəqəmsal bank Direct, eləcə də VTB Online İnternet/Mobil bank sizin ixtiyarınızdadır. Onlayn rejimdə siz bir çox əməliyyatları, o cümlədən pul köçürmələri, hesabın artırılması, kredit və digər xidmətlərin ödənişi, bir sıra bank məhsullarının sifarişi və s. həyata keçirə bilərsiniz. Biz sizə öz kartlarınızdan evdə qalaraq istifadə etməyi tövsiyə edirik”- deyə, bank VTB (Azərbaycan)-ın Pərakəndə biznesin inkişafı departamentinin direktoru Dmitri Qalaşev bildirib.

Tel.: (012) 492 00 80

Faks: (012) 437 71 21

www.vtb.az

ASC VTB (Azərbaycan)

Mətbuat xidməti


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...