Bank VTB (Azərbaycan)-ın “Sərmayə” krediti: biznes üçün yeni imkanlar

Bank VTB (Azərbaycan)-ın “Sərmayə” krediti: biznes üçün yeni imkanlar
 Məlumdur ki, biznesin genişləndirilməsiüçün əsas amilmaliyyələşmədir. Amma bir çox hallarda öz işini böyütmək üçün  sahibkarlara, xüsusilə də kiçik sahibkarlıqla məşğul olan şəxslərə əlavə vəsait tələb olunur. Məhz biznes-ideyaların reallaşması üçün bank VTB (Azərbaycan) kiçik biznesə "Sərmayə” kreditini əklif edərək yeni imkanlar yaradır.

Bu kredit məhsulu həm şirkət, həm fərdi sahibkarlara verilir. Kiçik sahibkarlıq nümayəndələri sərfəli şərtlərlə 500 000 manatadək (və ya rubl ekvivalentində) kredit əldə edə bilər. Kreditin faiz dərəcəsi 14%-dən başlayır. Kredit 4 il müddətinədək verilir –belə bir müddət planlaşdırılan biznes layihəsinin reallaşdırılması üçün kifayətdir.  Bundan başqa, əsas borcun ödənilməsi üçün 6 ayadək güzəşt müddətimümkündür. Kredit həm annuitet (yəni aylıq) şəkildə, həm fərdi cədvələ əsasən ödənilə bilər.

"Sərmayə” krediti  əmlakın alınması, o cümlədən nəqliyyat, xüsusi texnika, avadanlıq, daşınmaz əmlak, əsas vəsaitin təmiri və  yenidən qurulması, tikintisi,yeni fəaliyyət növünün inkişafı və biznesin genişləndirilməsi, örtüksüz sənədli əməliyyatlar üzrə hesablaşmaları, digər banklardakı borcların yenidənmaliyyələşməsi üçün istifadə oluna bilər.

OXŞAR XƏBƏRLƏR