“Bank VTB Azərbaycan” bu ilin I rübünü mənfəətlə başa vurub

“Bank VTB Azərbaycan” bu ilin I rübünü mənfəətlə başa vurub
 

"Bank VTB Azərbaycan” ASC bu ilin I rübünü 1,4 milyon manat mənfəətlə başa vurub.

Sfera.az  Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6,4% azdır.

Yanvar-mart aylarında "Bank VTB Azərbaycan”ın gəlirləri 1,4 milyon manat (illik müqayisədə 58,5% az), xərcləri 4,8 milyon manat (15,4% az), xüsusi ehtiyatlara ayırmaları üzrə qənaəti isə 4,7 milyon manat (27,6% çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il aprelin 1-nə "Bank VTB Azərbaycan”ın aktivləri 164,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,8% çoxdur. Bunun 56,2 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 8% kiçilib.

Hesabat dövründə "Bank VTB Azərbaycan”ın öhdəlikləri 9,2% artaraq 103,6 milyon manata çatıb, o cümlədən depozit portfeli 9,1% azalaraq 61,9 milyon manata düşüb, balans kapitalı isə 8,2% artaraq 61,3 milyon manata çatıb.

Xatırladaq ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən "AF Bank" ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 315,8 milyon manatdır. Bankın səhmlərinin 99,999995%-i "Bank VTB Rusiya” ASC-yə, 0,000005%-i isə Adıgözəl Ağayevə ("Ata Holdinq” MMC-nin keçmiş baş direktoru) məxsusdur.


OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...