Bank sədri işdən çıxdı

Bank sədri işdən çıxdı
"Express Bank" ASC-nin İdarə Heyətinin sədri İlham Həbibullayev işdən çıxıb. 

Bu barədə "Report"a Bankdan məlumat verilib.

Məlumata görə, onu müvəqqəti olaraq sədr müavini Mehman Məmmədov əvəz edir. 

Xatırladaq ki, "Expressbank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 137,257 milyon manatdır. Bankın səhmlərinin səhmlərinin 40%-i "Azenco Group”a, 25%-i Hikmət Xammədova, 17,69%-i "Enerqoservis” MMC-yə, 17%-i Hafiz Seyidova, 0,31%-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur. 

OXŞAR XƏBƏRLƏR