“Bank Respublika”nın sosial layihəsi daha bir mükafat qazanıb

“Bank Respublika”nın sosial layihəsi daha bir mükafat qazanıb
 
Ötən il çoxsaylı xeyirxah sosial layihələr həyata keçirən Bank Respublika, Korporativ Sosial Məsuliyyət
(KSM) layihələri üzrə ölkəmizdə ikinci dəfə olaraq keçirilən "Milli KSM Mükafatı 2019″ müsabiqəsinin
yenidən qalibi seçilib.
Müsabiqədə 2019-cu ildə həyata keçirilən 50-dən çox sosial layihə iştirak edirdi. Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi, Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi, Gənclər Təşkilatları Milli Şurası,
Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası, Asan Xidmət, CSR Europe, CSR Turkey, PROAKTIV PR Agentliyi və bır sıra qeyri-hökumət 
və özəl təşkilatların təmsil olunduğu Münsiflər Heyəti "Bank Respublika”nın fiziki məhdud uşaqlar üçün
həyata keçirdiyi "Mən də bacararam!” layihəsini "Milli KSM” mükafatına layiq görüb.
Qeyd edək ki, Bankın layihəsi BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilmiş 17 Dayanıqlı İnkişaf
Məqsədlərinə daxil olan "Layiqli əmək və iqtisadi artım məqsədi” nominasiya üzrə seçilib.
Belə ki, 1 ay davam edən layihə çərçivəsində Bank tərəfindən fiziki məhdud uşaqlar üçün əl işləri üzrə
təlimlər təşkil olunub. Təcrübəli müəllim və psixoloqlar tərəfindən aparılan təlimlərdə uşaqlar müxtəlif əl
işləri sənətinə yiylənərək gözəl işlər ərsəyə gətirib. Layihənin sonunda, Bankın Baş ofisində uşaqların
hazırladıqları əl işlərinin satış sərgisi keçirilib. Sərgi bankın əməkdaşları və müştəriləri tərəfindən böyük
maraqla qarşılanıb və qısa bir müddətdə uşaqlar tərəfindən hazırlanan əl işləri satın alınıb.
Bankdan verilən məlumata əsasən Korporativ Sosial Məsuliyyət siyasəti Bank Respublika üçün prioritet
təşkil edən sahələrdən biridir və Bank, bundan sonra da müxtəlif sosial layihələr həyata keçirərək,
cəmiyyətə faydalı olmağa davam edəcək.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında , facebook səhifəsində və ya 144 nömrəsinə zəng
edərək əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...

Ceyhun Bayramov italiyalı səfiri qəbul etdi - FOTOLAR

19 aprel 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffurinlə diplomatik fəaliyyətinin başa...

FHN əməliyyat görüntüləri yaydı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında kö...