“Bank Respublika”nın əməliyyat mənfəəti 4 dəfədən çox artıb

“Bank Respublika”nın əməliyyat mənfəəti 4 dəfədən çox artıb
Bank Respublika 2019-cu ilin 1-ci rübünə dair maliyyə hesabatlarını açıqlayıb. Hesabata əsasən, Bank birinci rübdə bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edib və bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib.
 
Belə ki, 31 mart 2019-cu il tarixinə bankın aktivləri 1 milyard manatı keçmişdir, bu da ötən ilin birinci rübünün göstəricisindən 47% çoxdur. Bundan başqa, Bankın məcmu kapitalı 28%, kredit portfeli 45%, depozit portfeli 60%, xalis mənfəəti isə 3 dəfədən çox artmışdır!
Hesabata əsasən, Bankın xalis faiz mənfəəti 2 dəfə artaraq 8,14 milyon manat, xalis əməliyyat mənfəəti isə 4 dəfədən çox artaraq 2,48 milyon manat təşkil etmişdir.
 
" Artıq bu ilin birinci rübündə Bank uğurlu nəticələr göstərmişdir, bunu aktiv olaraq artan müştəri bazası, eləcə də həm biznes  həm də fərdi bankçılıq sahəsində əldə etdiyimiz maliyyə göstəriciləri təsdiqləyir. Bz müştərilərimizin etibarını yüksək qiymətləndiririk və bankın məhsul və xidmət çeşidini genişləndirməyə, eləcə də xidmətin rahatlığını və keyfiyyətini daha da artırmağa davam edəcəyik. Cari il ərzində biz bütün sahələr üzrə daha böyük nəticələr əldə edəcəyimizə inanır və ölkə iqtisadiyyatının inkişafı üçün drayver rolu oynayan kiçik və orta sahibkarlığın dəstəklənməsi üzrə apardığımız aktiv işlərimizi davam etdirəcəyik”- deyə "Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

""Abrams"lar 500 dollarlıq dronların qarşısında acizdir" - "New York Times”

Pilotsuz uçuş aparatları (dron) müasir müharibənin təbiətində əsaslı dəyişikliyə səbəb olur.  Sfera.az xəbər verir ki, bunu Hudson İnstitutunun hərbi ...

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı ALQIŞLADI

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırı...

Cavanşir Məmmədovla vida mərasimi KEÇİRİLİR

Əməkdar artist Cavanşir Məmmədovla vida mərasimi keçirilir.   Sfera.az xəbər verir ki, mərhum sənətçi ilə vida mərasimi evində baş tutub.   ...

Ceyhun Bayramov Seyid Abbas Musəvi ilə GÖRÜŞDÜ

Xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvini diplomatik fəaliyyətinin baş...

PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda SAXLANILDI

PKK/KCK terror təşkilatının rəhbər şəxslərindən biri olan Mürsel Durmaz İstanbulda saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin &...

Qaribaşvili: "Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər"

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər.   Sfe...