Bank Respublika Uşaqların Müdafiəsi Günündə Aprel şəhidlərinin övladlarını unutmayıb

Bank Respublika Uşaqların Müdafiəsi Günündə Aprel şəhidlərinin övladlarını unutmayıb
 

2016-cı ilin Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi. Dövlət tərəfindən Aprel şəhidlərinin ailələrinə göstərilən xüsusi dəstək və eləcə də qayğı ilə görülən xeyirxah işlərə ölkəmizdə çoxsaylı sosial layihələr həyata keçirən Bank Respublika da, öz töhfəsini verib.

Belə ki, Bank, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi ilə birgə "Sabah” FK və AFFA-nın dəstəyi ilə Aprel şəhidlərinin övladları üçün "1 iyun – Uşaqların Müdafiəsi Günü”nə həsr olunmuş təqdirəlayiq aksiya həyata keçirib. Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən aksiya çərçivəsində  "Bank Respublika”nın nümayəndələri və "Sabah” FK-nın tərkibində oynayan milli komandanın üzvləri, Vətənin müdafiəsi uğrunda igidlik göstərərək şəhid olmuş əsgər və zabitlərin övladlarını ziyarət edib, onlara müxtəlif hədiyyələr təqdim edərək bayram sevinci yaşadıblar.

Keçirilən görüşlərdə Bankın nümayəndələri Aprel döyüşlərinin xalqımızın şanlı tarixi olduğunu vurğulayaraq bildiriblər ki, bütün şəhid övladları atalarının igidliklərinə görə qürur duymalıdırlar və Azərbaycan xalqı hər zaman onların qəhrəmanlıqlarını xatırlayacaq.

Aksiyanı həyata keçirməkdə məqsəd, Vətən uğrunda canından keçmiş Aprel şəhidlərinin ailələrinə diqqət yetirməklə, onların bayram günlərində unudulmadıqlarını bildirmək olub.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...

Bakı metrosunda yaşlı kişi stansiya yoluna düşdü

Bakı Metropoliteninin "Nərimanov" stansiyasında 65-70 yaşlarında kişi sərnişin ehtiyatsızlıq etdiyindən stansiya yoluna düşüb.   Bu barədə ...

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - SİYAHI

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.  ...

Kim Çen Inn Putinin hədiyyəsi ilə görüntüləndi - FOTO

Şimali Koreya lideri Kim Çen In fevral ayında Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobilini idarə edərkən görüntülənib. ...

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...