Bank Respublika məktəblilərin maliyyə savadlılığına dəstək oldu!

Bank Respublika məktəblilərin maliyyə savadlılığına dəstək oldu!
Azərbaycan Banklar Assosiasiyasınınn(ABA) təşkilatçılığı və "Bank Respublika”nın dəstəyi ilə Xətai rayonunda yerləşən 263 saylı məktəbdə maliyyə savadlılığına dair şagirdlər və valideynlər üçün tədbir keçirilib. Tədbirdə İcra hakimiyyətinin nümayəndələri , Mərkəzi Bankın əməkdaşları, məktəbin direktoru, müəllimlər, şagirdlər, valideynlər və rayon sakinləri iştirak ediblər.

Tədbirin keçirilməsində məqsəd məktəbliləri maliyyə savadlılığına dair ümumi anlayışlarla tanış etmək, onlarda yığım, qənaət və pul haqqında ilkin fikirlər formalaşdırmaq olub.

İlk olaraq tədbirin təşkilatçıları iştirakçılara maliyyə savadlılığı barədə geniş məlumat verib, gənclərin maliyyə maarifləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar. Daha sonra məktəbin şagirdləri pulun tarixi, müxtəlif ölkələrin pul nişanları, büdcə, qənaət və yığım mövzuları üzrə maraqlı səhnəciklər göstəriblər.

Sonda təşkilatçılar tərəfindən məktəblilər arasında maliyyə savadlılığı mövzusunda keçirlən rəsm müsabiqəsinin qaliblərinə eləcə də tədbirdə iştirak edən digər məktəblilərə qiymətli hədiyyələr təqdim olunub.

Bankdan verilən məlumata əsasən, Bank il ərzində yalnız biznes sahəsində deyil, həmçinin sosial sahədə də müxtəlif layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...

Azərbaycan - Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib - Millət vəkili yazır…

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya işgüzar səfəri bir çox ölkələrin, o cümlədən Ermənistanın mediasında geniş şərh olundu. Əslində ...

Prezidentdən Allahverən İsmayılov ilə bağlı SƏRƏNCAM

Allahverən İsmayılov “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərə...

Bank BTB-də nə baş verir? Rəhbər işçilər bir-bir bankı tərk edir

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir.    Sfera.az xəbər verir ki, “Yeni Sabah”ın məlumatına görə, bu dəf...