Bank Respublika kompensasiyaların ödənilməsinə başlayıb

Bank Respublika kompensasiyaların ödənilməsinə başlayıb
Ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası ilə əlaqədar olaraq, "Bank Respublika”nın bütün filiallarında 22 aprel tarixindən etibarən müştərilərə kompensasiyaların ödənilməsinə başlanılıb.

Müştərilərin rahatlığının təmin olunması məqsədilə, növbəlilik prinsipi qaydasında müştərilərə öncədən fərdi SMS göndərilir. SMS-lərin mətnində kompensasiyanın verildiyi ünvan, dəqiq məbləğ və vaxt qeyd olunur.

Əlaqə nömrələrini dəyişmiş müştərilərə isə, Bankın 144 nömrəli Məlumat Mərkəzinə zəng edib, yeni əlaqə nömrələrini təqdim etmələri xahiş olunub.

Müştərilər, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının təqdim etdiyi portala daxil olaraq xarici valyuta kreditləri üzrə hesablanmış kompensasiya məbləği və restrukturizasiya məlumatını əldə edə bilərlər.

Kompensasiya ödənişi ilə əlaqədar müştərilərə operativ şəkildə xidmət göstərilməsi məqsədilə Bank Respublika xüsusi iş rejimində işləyəcək və may ayının sonunadək bütün müştərilərə kompensasiyaların ödənişi təmin olunacaq.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış OLDULAR - FOTO - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Ağdam Konfrans Mərkəzi ilə tanış olublar.   Sfera...

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında İŞTİRAK ETDİLƏR - FOTO - YENİLƏNDİ

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışı...

Hindistan XİN: "Bakı və İrəvanla yaxşı münasibətlərimiz var, lakin müdafiə sahəsində ixracı təşviq edirik"

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Yeni Delhini müdafiə sahəsində ixracın təşviqi maraqlandırır.   Sfera.az TASS-a istinadən xəb...

"Hakimlər təzyiq altındadır" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə çempionatında hakimlərin işindən danışıb.   Sfera.az bildirir ki, o, hakimlərin dü...

Qırğızıstan Prezidentinə Qarabağ atı HƏDİYYƏ EDİLDİ

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib.   Sfera.az-ın məlumatına görə, aprelin 25-də Ağdamda...

Avropa rus qazını LNG ilə əvəzləyib

Son 3 ildə Avropa İttifaqı (Aİ) ölkələrinin idxal etdiyi təbii qazda Rusiyanın payı 41 faizdən 10 faizə düşüb, əvəzində mayeləşdirilmiş təbii qazın (LNG) payı 2...