Bank of Baku-nun 87 müştərisi “Kartla ödə, Kartla qazan!” lotereyasının qalibi oldu!

Bank of Baku-nun 87 müştərisi “Kartla ödə, Kartla qazan!” lotereyasının qalibi oldu!
 

 

Azərbaycan Respublikasının Mərkəzi Bankının nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə keçirdiyi "Kartla ödə, Kartla qazan!” lotereyası artıq yekunlaşdı.

 

Fevral, mart və aprel aylarını əhatə edən lotereyada ölkə ərazisində fəaliyyət göstərən istənilən bankın plastik kartı ilə ölkədaxilində POS-terminal vasitəsilə minimum5 AZN dəyərində ödəniş edən 1800 nəfər qalib seçilərək, Mərkəzi Bank tərəfindən 50 AZN pul mükafatı qazandı.

 

Qaliblər sırasında olan 87 nəfər Bank of Baku müştərisi isə əlavə olaraq Bank of Baku tərəfindən mükafat əldə etdi.

 

Belə ki, nağdsız hesablaşmaların artırılması istiqamətində görülən işlərdə hər zaman öndə olan Bank of Baku, lotereyada qalib olan müştərilərinə özəl kampaniyaya start vermişdi. Nəticədə lotereyanın birinci tirajında 32 nəfər, ikinci tirajında 28 nəfər və aprel ayında keçirilən sonuncu tirajda 27 nəfər Bank of Baku müştərisi bankdan əlavə olaraq Bolkart debet + 50 AZN BAL qazandı.

 

Qeyd edək ki, müştərilərin qazandığı BAL-lar onlara pulsuz alış-veriş imkanı qazandıracaq. 1 BAL=1 AZN kimi qiymətləndirilir. Yəni, müştəri Bolkartın istənilən partnyor mağazalarında 50 AZN dəyərində alış-veriş edə bilər.

 

Bolkart debet kart sahibləri eyni zamanda, illik 5% gəlir və alış-veriş zamanı 45%-dək BAL qazanma üstünlüyündən də faydalanacaqlar.

 

Bank of Baku-nun keçirdiyi məhsul, xidmət və aktiv kampaniyaları haqqında ətraflı məlumatla Bankın 145 Məlumat Mərkəzinə zəng edərək və ya Bankın rəsmi Facebook səhifəsinə -www.facebook.com/bankofbaku daxil olaraq tanış olmaq olar.

 

Daha ətraflı:

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku

 


OXŞAR XƏBƏRLƏR

Bakıda taxta bazarı YANIR

Paytaxtın Nərimanov rayonunda taxta bazarı yanır.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. ...

Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar DAXİL OLDU

Yaz daşqınlarından sonra sel suları ilə Naxçıvançaydan Heydər Əliyev Su Anbarına tullantılar, plastik töküntülər, ağac və kol kötükləri daxil olub.   ...

Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədov 11 gün əvvəl "ARB TV"də Zaur Kamalın verilişində iştirak edib.   Sfera.az xəbər ver...

Ərdoğan HAMAS Siyasi Bürosunun rəhbəri ilə GÖRÜŞDÜ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda HAMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.   Sfera.az-ın verdiyi xəbərə görə, bu b...

Cavanşir Məmmədov DƏFN OLUNDU -YENİLƏNDİ - 2

Əməkdar artist Cavanşir Məmmədov dəfn olunub.   Sfera.az xəbər verir ki, mərhum sənətçi bu gün “Qurd Qapısı” qəbiristanlığında torpağa ta...

Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO

Bu gün vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun son görüntüsü yayılıb.   Sfera.az xəbər verir ki, sənətçi dünən Bakıdakı şadlıq saraylarının bir...