Bank of Baku bu il də “Onlar Sevinsin” dedi!

Bank of Baku bu il də “Onlar Sevinsin” dedi!
 

 

Keçirdiyi sosial yönümlü layihələri ilə cəmiyyətə və onun dəyərlərinə önəm verən Bank of Baku, təhsilə dəstək məqsədilə Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində başladığı "Onlar Sevinsin” layihəsini bu il də uğurla davam etdirib.

Silsilə xarakteri daşıyan "Onlar Sevinsin” layihəsinin üçüncü ilində Bank of Baku-nun əməkdaşları vətəniminizin qədim yaşayış məskənlərindən olan Xaçmaz rayonuna və həmin rayonun Seyidlər və Hacıqurbanova kəndinə sevgi dolu çantalarla səfər edərək, 66 nəfər məktəblinin sevincinə səbəb olub.

Hər il yeni dərs ilinin başlaması münasibətilə keçirilən layihənin əsas məqsədi, ucqar kənd məktəblərində oxuyan aztəminatlı ailələrin övladlarını, fiziki məhdudiyyəti olan şagirdləri məktəbli çantası və ləvazimatları ilə təmin edərək, onların təhsilinə dəstək olmaq və kiçik ürəklərinə böyük sevinclər bəxş etməkdir.

Layihənin gedişatı zamanı onların sevincini əks etdirən video çarxlarla aşağıdan tanış bilərsiniz:

Ø #OnlarSevinsin 2019 - //y2u.be/PBF8QqvKILA

Ø #OnlarSevinsin 2018 -//y2u.be/LySjfG_bOuw

Ø #OnlarSevinsin 2017 -//y2u.be/GNzKEej2Kk8

 

Qeyd edək ki, icrasına 2017-ci ildə start verilən layihə çərçivəsində, #OnlarSevinsin deyə Azərbaycanımızı qarış-qarış gəzərək, məktəb-məktəb, ev-ev dolaşan Bank of Baku-nun əməkdaşları 3 il ərzində 300 nəfərə yaxın məktəblini sevindirmiş, gələcəyə ümid işığı yandırmışdır.

 

Daha ətraflı:

 

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku


OXŞAR XƏBƏRLƏR

Xankəndidə tapdığı silahları polisə verməyən şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub.   DİN-in Mətbuat ...

"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi

Aprel ayının 23-də "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycan Respublikası dövlət sərhədlərinin tam bərpası ta...

Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO

Azərbaycanda taksi şirkətlərindən olan "Uklon" fəaliyyətini dayandırıb.   Sfera.az xəbər verir ki, şirkət tərəfindən bununla bağlı həm...

DİN-dən Anastasiya ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir müddət öncə Bakının Yasamal rayonu ərazisində birgə yaşadıqları evdə ərinin yetirdiyi xəsarət nəticəsində bir gözünü itirmiş&nbs...

Türkiyə millisinin üzvü Fransada yenə qarət olundu

Türkiyə millisinin və Fransanın “Lill” komandasının futbolçusu Yusif Yazıcı xoşagəlməz hadisə ilə üzləşib.   Sfera.az xəbər verir ki, 27 ...

Azərbaycana qarşı soyuq müharibə başladıblar - Prezident

Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan...