Bank of Baku “ASAN Finans” layihəsinə tam inteqrasiya olundu!

Bank of Baku “ASAN Finans” layihəsinə tam inteqrasiya olundu!

Təqdim etdiyi məhsul və göstərdiyi xidmətləri ilə müştəri məmnuniyyətini illərdir qoruyub saxlayan Bank of Baku, məhz onların rahatlığını düşünərək Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış "ASAN Finans” layihəsinə tam inteqrasiyanı həyata keçirtdi.

 

Maliyyə təşkilatlarının dövlət informasiya ehtiyatlarına çıxışının təmin edilməsi məqsədi ilə yaradılmış "ASAN Finans” layihəsi vasitəsilə Bank of Baku, aşağıdakı müştəri məlumatlarını indi daha operativ və çevik şəkildə əldə edəcək:

 

Ø Biometrik şəxsiyyət vəsiqəsi məlumatlarını;

Ø Biometrik olmayan şəxsiyyət vəsiqəsi məlumatlarını;

Ø Mövcud və keçmiş iş yerləri haqqında məlumatları.

 

Bununla da müştərilər bankda lazımi sənədlər üçün əlavə vaxt sərf etmədən fasiləsiz və məsafəsiz xidmət üstünlüyündən istifadə edərək, nağd pul krediti əldə etmə, debet və ya kredit kartlarının rəsmiləşdirilməsi kimi bir çox bank xidmətlərindən rahatlıqla faydalanacaqlar. Nəticə etibarı ilə sənədləşməyə sərf olunan vaxta qənaət olunduğu üçün Bank of Baku tərəfindən kredit rəsmiləşdirilməsi 15 dəqiqəyə qədər azaldılmışdır.

 

Müştərilər bank tərəfindən məlumatların əldə edilməsi üçün razılıq ərizəsi təqdim etməlidir. Ancaq bundan sonra bank müştərilərin məlumatlarını əldə edə bilər.

 

Bank of Baku-nun bu və ya digər yenilik və xidmətləri haqqında məlumatı Bankın 145 Məlumat Mərkəzinə zəng edərək, rəsmi Facebook səhifəsinəwww.facebook.com/bankofbaku və ya Bank of Baku-nun rəsmi veb səhifəsinə - www.bankofbaku.comdaxil olaraq cavab tapa bilərsiniz.

 

Daha ətraflı:

 

145 Məlumat Mərkəzi

www.bankofbaku.com

www.facebook.com/bankofbaku


OXŞAR XƏBƏRLƏR

Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə etdi - YENİLƏNİB

Azərbaycan Beynəlxalq Enerji Agentliyi (IEA) ilə COP29-un gündəliyindəki prioritetləri, o cümlədən yeni qlobal kollektiv maliyyə kəmiyyətlərinin qəbulu və Milli...

"Barselona"nın futbolçusu PSJ ilə oyundan sonra TƏHDİD OLUNDU

"Barselona" klubunun futbolçusu Joau Kanselu İspaniyada PSJ-yə 1:4 hesabı ilə uduzduqları Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunundan ...

Yeni kurikulumlar tədris prosesində nələri dəyişəcək? - ARTİ-nin şöbə müdiri ilə MÜSAHİBƏ

“Kurikulum sənədi müəllimlərin həvəslə istifadə edəcəkləri, faydalanacaqları resursa çevriləcək”   Sfera.az xəbər verir ki, bunu&nbs...

Milli Məclisin növbəti iclasının gündəliyi AÇIQLANDI

Milli Məclisin yaz sessiyası üzrə 23 apreldə keçiriləcək növbəti plenar iclasının gündəliyi açıqlanıb.   Sfera.az xəbər verir ki, toplantının gündəli...

Azərbaycan BMT ilə COP29 çərçivəsində əməkdaşlığı MÜZAKİRƏ ETDİ - YENİLƏNDİ

Azərbaycanda “yaşıl enerji” sahəsinə investiyaların cəlbi, xüsusilə inkişaf etməkdə olan ölkələrin dəstəklənməsi və bu istiqamətdə beynəlxalq əməkda...

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”

“Azərbaycan inkişaf və quruculuq yolu ilə inamla irəliləyir. Ölkə Prezidenti cənab İlham Əliyevin rayon və bölgələrə etdiyi mütəmadi səfərlər görülən işlə...