Bank müştərilərini belə qarət edirlər – Kiberdələduzların ağlagəlməz talama üsulları

Bank müştərilərini belə qarət edirlər – Kiberdələduzların ağlagəlməz talama üsulları
 

Telefon dələduzları pul oğurluğunun yeni üsulunu tapıblar. Belə ki, kiberdələduzlar smartfonlara xüsusi proqram yükləməklə bank müştərilərini talamağın fərqli yolunu icad ediblər.


Sfera.az-ın məlumatına görə, bunu "Açıq innovasiya” Forumunun kuluarlarında RİA Novosti-yə Group-IB-in rəhbəri İlya Saçkov bildirib. Onun sözlərinə görə, bu növ dələduzluq sayəsində iri kredit təşkilatlarının aylıq vəsait itkisi 6-10 milyon rubla çata bilər.


Saçkov həmçinin qeyd edib ki, "Secure Bank” sistemi hər ay bu sxemin köməyi ilə fiziki şəxslərin hesablarından mindən artıq qarət cəhdini qeydə alir.

 

Bir müddət öncə Mərkəzi Bankdan bildirmişdilər ki, dələduzlar telefon nömrələrinin dəyişdirilməsi texnologiyasının köməyi ilə özlərini maliyyə təşkilatlarının əməkdaşları kimi qələmə verməyə başlayıblar.Fırıldaqçıların məqsədi isə şübhəli tranzit aksiyalarını blok etmək bəhanəsi iləmüştərilərin maddi vəsaitini qarət etməkdir.

 

 

 

Sfera.az

Selcan


OXŞAR XƏBƏRLƏR