Bank BTB Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat məbləğində vəsait ayırıb

Bank BTB Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat  məbləğində vəsait ayırıb
 
Bank BTB korporativ sosial məsuliyyət prinsiplərinə sadiq qalaraq koronavirus
(COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv
tədbirlərə qoşulmuşdur.
Belə ki, Bank BTB ölkə Başçısı cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı
ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat məbləğində vəsait
köçürmüşdür.
Qeyd edək ki, qlobal pandemiyaya çevrilmiş təhlükəli xəstəliklə mübarizə üçün
yaradılan fondun vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti, fiziki və hüquqi
şəxslərin könüllü ödəmələri və qanunla qadağan olunmayan digər mənbələr hesabına
formalaşdırılır.
Hər zaman sosial məsuliyyəti özündə hiss edən Bank BTB çətin günlərdə də ölkə
vətəndaşlarımızı koronavirus infeksiyasına qarşı preventiv addımlar atılmasına və mübarizə
tədbirlərinin gücləndirilməsi məqsədilə həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək olmağa
çağırır.

OXŞAR XƏBƏRLƏR