Bank BTB kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara dəstək olmaq üçün yeni layihəyə qoşuldu

Bank BTB kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara dəstək olmaq üçün yeni layihəyə qoşuldu
 

Azərbaycan Respublikasının Prezidentinin 8 aprel tarixli fərmanı ilə aqrar sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə güzəştli şərtlərlə kreditlərin verilməsinə başlanılıb. Ölkəmizdə kənd təsərrüfatı sahəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlərin görülməsi, kənd təsərrüfatı istehsal vasitələrinə verilən güzəştlərin maliyyələşdirilməsi kiçik sahibkarların və fermer təsərrüfatlarının artmasına təkan verəcək.

Bank BTB də öz növbəsində aqrar sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə güzəştli mikro kreditlərin verilməsi məqsədilə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində kənd təsərrüfatının müxtəlif sahələri olan bağçılıq, əkinçilik, heyvandarlıq, quşçuluq və digər sahələrində çalışan şəxslər daha asan və güzəştli şərtlərlə kredit əldə edə biləcəklər. Belə ki, 15.000 AZN-dək təqdim olunan mikro kreditlər 3 il müddətinə və 12 ay güzəşt müddətinə təklif olunur. Kreditlərin maksimum illik faiz dərəcəsi 12%-dir.

Kreditləri bu şərtlərlə əldə edən fermerlər və aqrar sektorda fəaliyyət göstərən sahibkarlar biznes fəaliyyətlərində artıma nail olmaqla yanaşı, ərzaq təhlükəsizliyinin təmin edilməsinə da öz töhfələrini vermiş olacaqlar.

Mikro kreditlərdən yararlanmaq istəyən şəxslər Bank BTB-nin onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (//wa.me/994553000946)  nömrəsinə müraciət edə bilərlər. Həmçinin, bu və digər məhsul və kampaniyalarımız haqqında (012) 946 nömrəli Məlumat mərkəzindən və www.btb.az rəsmi saytından məlumat əldə edə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda müəllim qəfil VƏFAT ETDİ - FOTO

Sumqayıt şəhər 24 saylı tam orta məktəbin müəllimi vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.   Məlu...

"Məlumat xarakterli videoçarxlar, xəbərlər hazırlanmalıdır" - Millət vəkili

“İnsanlar bank adı ilə gələn zənglərin hansı məqsədlə edildiyini bilmirlər”.   Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclas...

Ceyhun Bayramov çexiyalı həmkarı ilə GÖRÜŞDÜ - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbay...

"İran bu tip davranışlardan çəkinməli, düz yola qayıtmalıdır" - Qüdrət Həsənquliyev

“Biz 1991-ci ilin sərhədlərində suverenliyimizi bərpa etdik. Buna görə hakim partiyaya təşəkkür edirəm”.   Sfera.az xəbər verir ki, bunu ...

İlham Əliyev ukraynalı həmkarını COP29-a DƏVƏT ETDİ

Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı Volodimir Zelenskini noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfl...

Ermənistanda minatəmizləmə işləri ilə əlaqədar Bağanis-Voskepar yolu BAĞLANDI

Ermənistan polisi minatəmizləmə işlərini aparmaq və vətəndaşların bu ərazilərə daxil olmasına mane olmaq üçün Bağanis (Bağanis Ayrım - red.) - Voskepar (Aşağı Ə...