Bank “BTB” ASC - nin ödəniş kartlarının istifadəçilərinə müjdə

Bank “BTB” ASC - nin ödəniş kartlarının istifadəçilərinə müjdə
Fevralın 1-dən Azerbaycan Respublikası Mərkəzi bankı tərəfindən elan olunmuş "Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereya davam etməkdədir. Fevral ayını əhatə edən tirajın nəticələrinə əsasən Bank BTB-nin də kart sahibləri ilk uduş qazanmış şanslı istifadəçilər sırasına daxil oldular. 

Qeyd edək ki, "Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın şərtlərinə əsasən Azərbaycan bankları tərəfindən emissiya edilmiş ödəniş kartları ilə POS-terminallar vasitəsilə minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edir. Hər bir əməliyyat kart istifadəçisinə 1 şans verir.
 
Lotereyanın uduş məbləği isə 50 manat təşkil edir. Son mərhələdə qalib olan şəxs uduş barədə SMS vasitəsilə məlumatlandırılaraq ona məxsus olan kart hesabına dərhal uduş məbləği daxil olunur.

Nəzərə çatdıraq ki, lotereyada korporativ və eyniləşdirilməmiş kartlar istisna olmaqla, bütün növ ödəniş kartları, o cümlədən pensiya, əmək haqqı, təqaüd və tələbə kartları iştirak edə bilir. 

Bank "BTB” ASC –nin təqdim etdiyi bütün məhsul və xidmətlər, xidmət nöqtələri, ATM-lərin yerləşməsi və digər ətraflı məlumat üçün bankın (012) 946 nömrəli Məlumat Mərkəzinə zəng edə,  www.btb.az saytına və ya Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...