İqtİsadİyyat

Bank “BTB” ASC “Biznesin yaradılması və idarə edilməsi” mövzusunda təlim keçirib

Bank “BTB” ASC “Biznesin yaradılması və idarə edilməsi” mövzusunda təlim keçirib
 

 

Fərdi sahibkarlıqla məşğul olmaq arzusunda olanlar üçün Bank "BTB” ASC "Biznesin yaradılması və idarə edilməsi” mövzusunda təlim təşkil edib. Təlimdə "Müstəqil həyat tərzi” Əlilliyi olan insanlara dəstək İctimai Birliyinin üzvləri iştirak ediblər. Təlimin aparılması üçün bank tərəfindən Beynəlxalq Əmək Təşkilatının baş təlimçisi Turan Əsgərov cəlb edilmişdir.

Qeyd edək ki, təlim vaxtı iştirakçılar biznes ideyanın yaradılması, inkişafı, biznes planının yazılması, satış planının və tədarük planının müəyyən edilməsi, investisiya həcminin müəyyən olunması, maya dəyərinin hesablanması və digər maraqlı mövzular haqqında məlumat aldılar.

Bank əməkdaşları tərəfindən isə Bankda hesab açma, Asan imza və İnternet bankçılıq haqqında məruzələr aparıldı.

Təlim iştirakçıları təlimin yekununda ideyaları ətrafında hazırlanmış biznes planla təmin olundular. Əlavə olaraq təlim iştirakçılarına Bank "BTB” ASC-nin daxilində müəyyən hədiyyə vəsaiti olan debet kartları və sertifikatlar təqdim olundu.

Bank BTB ASC-nin İdarə heyətinin sədri Emil Rzayev təlim iştirakçıları ilə görüş zamanı bildirdi ki: "Bank BTB ASC fərdi sahibkarlıqla məşğul olmaq arzusunda olan vətəndaşlara dəstək olmağa hazırdır. Həssas və daha çox diqqətə ehtiyacı olan təlim iştirakçılarımıza bu gün biznes ideyalarını sınaqdan keçirmək fürsətini yaratmışıq. "Biznesin yaradılması və idarə edilməsi” təliminin iştirakçılarının hər biri artıq bir maliyyə tərəfdaşı kimi Bank BTB-yə arxalana bilərlər.”

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031