\"Bank BTB\" 2020-ci ilin I yarımili üzrə nəticələri açıqlayıb

\
 

Cari ilin ilk yarımillik nəticələrinə əsasən "Bank BTB” ASC-nin aktivləri 360 161,8 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56 389,3 min manat, yəni 18,5% artım deməkdir.

Həmçinin, qeyd edilən hesabat dövrü ərzində "Bank BTB"nin kredit portfelində də artım müşahidə olunur. Belə ki, kredit portfeli üzrə göstərici 235,2 min manata çatıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19%-a yaxın artım deməkdir.

İkinci rübün nəticələrinə əsasən "Bank BTB-nin depozit portfeli 134 437 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə (116 622 min manat) 15%-ə yaxın artım deməkdir. Depozit portfelinin artımı Bankın dayanıqlı inkişafını və müsbət imicini əks etdirərək müştərilərimiz tərəfindən yüksək etimadın olmasını vurğulayır.

2020-ci ilin yanvar-iyun dövrü ərzində "Bank BTB"nin cəmi gəlirləri 16 522 min manat, cəmi xərcləri 15 306 min manat təşkil edib. İkinci rübün yekununda bankın əməliyyat mənfəəti 1 216,2 min manat təşkil etmişdir.

30.06.2020-ci il tarixinə Bankın məcmu kapitalı bankların kapital tələbinə tam cavab verərək 61 108,7 min manat təşkil edib.

Qeyd edək ki, hal-hazırda "Bank BTB” 14 xidmət nöqtəsilə təmsil olunur. "Bank BTB" müştərilərə daha səmərəli xidmət göstərmək məqsədilə xidmət nöqtələrinin təkmilləşdirmə layihəsini də davam etdirir, xidmət nöqtələri yeni korporativ üslubda təmir olunaraq fəaliyyət göstərir.

Bank xidmətləri haqqında məlumatı Facebook (www.facebook.com/bankbtb)  və Instagram (www.instagram.com/bankbtb/) səhifələrindən, eləcə də 055 3000 946 WhatsApp (//wa.me/994553000946)  nömrəsindən əldə edə bilərsiniz. Həmçinin, (012) 946 nömrəli məlumat mərkəzi və bankın www.btb.az rəsmi internet səhifəsi də həftəiçi 5 gün xidmətinizdədir.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - YENİLƏNDİ

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənə...

Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər - VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyevlə Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər.   Sfera.az xəbər verir ki, bu bar...

Roza Zərgərli bu akademiyada dərs deməyə BAŞLADI - VİDEO

Məşhur müğənni Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb.   Sfera.az xəbər verir ki, o, bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. ...

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası KEÇİRİLDİ - YENİLƏNDİ - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan D...

"WhatsApp"dan hamını sevindirəcək YENİLİK: Artıq internet olmadan... + FOTO

“WhatsApp” internet olmadan istifadə edilə biləcək.   Sfera.az “WABetaInfo”ya istinadən xəbər verir ki, istifadəçilər interne...

Məhkəmə Ələsgər Məmmədli barədə qərar QƏBUL ETDİ

Bakı şəhərinin Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli barədə qərar qəbul olunub.   Sfera.az xəbər ver...