“Bank Avrasiya”nın xalis mənfəəti 231 dəfə azalıb

“Bank Avrasiya”nın xalis mənfəəti 231 dəfə azalıb
"Bank Avrasiya” ASC 2019-cu ilin 1-ci rübünü 14,1 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, bank 2018-ci ilin 1-ci rübünü 3 milyon 234 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank Avrasiya”nın xalis mənfəəti 231 dəfə azalıb.

Cari ilin yanvar-mart dövründə "Bank Avrasiya”nın cəmi gəlirləri 3 milyon 299 min manat, cəmi xərcləri isə1 milyon 665 min manat təşkil edib. Nəticədə gəlirlər xərcləri üstələdiyindən Bankın 1 milyon 634 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyyat mənfəətinin 1 milyon 628 min manatını ehtimal olunan depozit və kredit itkiləri üzrə yaradılan ehtiyyata  ayırdığından mənfəəti 5.9 min manata düşüb. 8.2 min manat gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət daxil Bankın yekun mənfəəti 14,1 min manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin yanvar-mart dövründə "Bank Avrasiya"nın cəmi gəlirləri 3 milyon 326 min manat, cəmi xərcləri 1 milyon 711 min manat təşkil etmiş və 1 milyon 615 min manat əməliyyat mənfəəti formalaşmışdı. Eyni zamanda, ehtiyatlardan (kredit və depozit itkiləri üzrə yaradılmış ehtiyat) 1 milyon 617 min manat gəlirə çevrilmiş və nəticədə bankın mənfəəti 3 milyon 233.7 min manata yüksəlmişdi. 

Ötən ilin ilk rübü ilə müqayisədə cari ilin ilk rübündə "Bank Avrasiya" ASC-nin gəlirləri, xərcləri və əməliyyat mənfəəti kəskin dəyişməyib. Bankın xalis mənfəətinin kəskin azalması ehtiyata ayırma ilə bağlıdır. 

OXŞAR XƏBƏRLƏR

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...