Balqabaq çəyirdəyinin bilmədiyiniz 8 faydası

Balqabaq çəyirdəyinin bilmədiyiniz 8 faydası
  1. Sink baxımından olduqca zəngin bir qaynaq olan balqabaq çəyirdəyi, Dünya Sağlamlıq Təşkilatının təklif etdiyi qidalar arasında vardır. 1 ovuc balqabaq çəyirdəyi gündəlik sink ehtiyacının təxminən 20%-ni qarşılayır. Sinkin ən əhəmiyyətli faydası isə nizamlı alındığı təqdirdə immunitet sistemini gücləndirməsidir.
    Qeyd: Balqabaq tumu yağlı olduğundan kilo aldırma xüsusiyyəti var. Bunun üçün həftədə ən çox 3-4 dəfə bir ovuc qədər yemək lazımdır.
  2. Balqabaq çəyirdəyinin tərkibində olan sink və digər faydalı komponentlər eyni zamanda hüceyrə böyüməsi və bölünməsinə kömək olur. Dəri sağlamlığına təsir edəcəyi kimi dəridəki yaraların daha tez sağalmasını təmin edər.
  3. 1 ovuc balqabaq çəyirdəyində təxminən 5 qram zülal vardır. Bu səbəblə balqabaq çəyirdəyi digər zülal dəyəri yüksək qidalar kimi sizi uzun müddət tox tuta bilər və əlavə olaraq enerji də təmin edər.
  4. 50 qram balqabaq çəyirdəyi gündəlik maqnezium ehtiyacının 40%-ni tək başına qarşılayar. Maqnezium isə ürək ritminin qorunması və ümumi ürək sağlamlığına olduqca faydalıdır. Tərkibindəki yağların ürək dostu olduğunu da xatırlatsaq istehlak etməkdə fayda var deyə bilərik. Ancaq əgər ürək xəstəliyiniz varsa həkiminizə məsləhətləşin.
  5. Balqabaq çəyirdəyi Omeqa 3 yağ turşuları baxımından ən sağlam qaynaqdır. Bədənimiz tək başına Omeqa 3 asitini ifraz etmədiyi üçün ehtiyacımız olan turşuları ancaq istehlak etdiyimiz qidalardan ala bilərik. Balqabaq toxumu də bunlardan biridir.
  6. Balqabaq çəyirdəyi tərkibində ən çox dəmir olan qidalardandır. Dəmir oksigenin qan yolu ilə bütün bədənə çatdırılmasını təmin edən qırmızı qan hüceyrəsi istehsalında istifadə edildiyi üçün əhəmiyyətli minerallar siyahısının ilk sıralarında gəlməkdədir. Dəmir əskikliyində isə qansızlıq, halsızlıq kimi xəstəliklərə yol açmaqla yanaşı saç, dırnaq və dəri problemlərinə də səbəb ola bilər.
  7. Balqabaq çəyirdəyi və balqabaq çəyirdəyi yağının klimaks dövründə isti basması, tərləmə, oynaq ağrıları kimi əlamətləri azaldır. Balqabaq çəyirdəyi yağı eyni zamanda klimaksdan sonra xolestrol səviyyəsinin yüksəlməsinə köməkçi olmaqdadır.
  8. Təbii bir amin turşusu olan "tryptophan” ehtiva edən balqabaq çəyirdəyi yuxu keyfiyyətinizi yüksəldə bilər. Xoşbəxtlik hormonu olaraq da bilinən serotonin, eyni zamanda yuxu keyfiyyətini də artırır. Yatmadan 2-3 saat əvvəl 1 ovuc balqabaq çəyirdəyi yeyərək yuxu keyfiyyətini yüksəldən serotonin səviyyəsini artıra bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...