Balıq ovuna gedən uşaq çoxillik sirrin üstünü açdı - FOTOLAR

Balıq ovuna gedən uşaq çoxillik sirrin üstünü açdı - FOTOLAR
 Balıq ovuna gedən altı yaşlı uşaq qonşusunun itmiş seyfi ilə bağlı çoxillik sirrin üstünü açıb.

Sfera.az xəbər verir ki, hadisə ABŞ-ın Cənubi Karolina ştatında qeydə alınıb.

Noks Bryuer "YouTube” platformasında maqnit balıqçılığı barədə (qarmaq yerinə güclü maqnitdən istifadə olunur) verilişə baxdıqdan sonra bunu sınamaq istəyib.

"Düşündük ki, bu yolla o, koronavirusa görə tətbiq olunan özünütəcrid rejimindən daha rahat çıxa bilər. Noks hətta hansı daşların maqnitə yapışdığını, hansının yapışmadığını öyrəndi”, - deyə azyaşlının anası Ketrin bildirib.

Ov zamanı Noksun maqniti ağır bir əşyaya yapışıb, yoldan keçən şəxsin köməyi ilə "şikarı” çəkib çıxarmaq mümkün olub. Gölün dibində tapılan əşya içərisində zərgərlik məmulatları, bloknot və çek kitabçası olan metal seyf imiş.

"Biz seyfi açdıq. Bilirdim ki, tapıntı hökumətə təhvil verilməli, onlar da bu sirri araşdırmağa başlamalıdırlar. Bu, həmçinin, Noksa belə vəziyyətlərdə necə davranmağın düzgün olduğunu göstərmək üçün əla fürsət idi”, - deyə uşağın atası Conatan bildirib.

Bryuerlər ailəsi tapıntı barədə polisi məlumatlandırıblar. Məlum olub ki, seyf səkkiz il öncə qonşuluqda yaşayan qadından oğurlanıb.

"Onun ilk elədiyi dizi üstə çökərək, Noksu qucaqlamaq və seyfi tapmağa kömək etdiyi üçün ona təşəkkür etmək oldu. Oğlum gələcəkdə polis olmaq istəyir, çünki araşdırma aparmaq, suallar vermək və məsələnin məğzini öyrənmək onun xoşuna gəldi”, - deyə Conatan əlavə edib.
 
(oxu.az)

OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...