Balakəndə icra nümayəndəsinin oğlu heroinlə tutuldu - FOTO

Balakəndə icra nümayəndəsinin oğlu heroinlə tutuldu - FOTO

Balakəndə bir neçə gün əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılan Şamil Qarayevin vəzifəli şəxsin övladı olduğu məlum olub.


APA-nın əldə etdiyi məlumata görə, Balakən rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı saxlanılan Şamil Qarayev Balakən Rayon İcra Hakimiyyəti başçısının Gərəkli kəndi üzrə icra nümayəndəsi Azər Qarayevin oğludur.


Şamil Qarayev 2012-ci ildə də Cinayət Məcəlləsinin 228.4 (soyuq silah gəzdirmə) maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd edək ki, Şamil Qarayev bir-neçə gün əvvəl Balakən RPŞ-nin keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış zamanı ondan 26 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...