Baku.ws rəhbərindən BNA ya sərt sözlər
11:44 / 23.09.2019
1264
Baku. ws-in rəhbəri Orxan Məmmədov sosial şəbəkə hesabında yazdığı paylaşımla Bakı Nəqliyyat Agentliyini tənqid edib.
Sfera.az bildirir ki, Məmmədov BNA- i Parking kartlarını vəd etdiyi vaxtda verməməsi və bu səbəblə sakinlərin haqsız cərimələr ödəməyə məcbur olduğunu bildirib. Daha sonra Orxan Məmmədov BNA-i səriştəsizlik və əhalinin cibinə girməkdə günahlanırıb.
Paylaşımı təqdim edirik:
"BNA sakinlər üçün, Parking kartları verəcəkdi.
5-6 ay keçdi ortada hələ kart yoxdur. Hər həftə şəhərin mərkəzində yaşadığımıza görə parking cəriməsi ödəyirik.
Maisə bu kartlartla bağlı jurnalistimiz sual verdikdə, konkret cavab vermir.
Görünür ya işləyə bilmir, ya insanların cibinə girməyi xoşlayır.
Uğurlar, Tesla!"