“Bakutel 2018” təşkilatçıları “Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verdi

“Bakutel 2018” təşkilatçıları “Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verdi
Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti "Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı zamanı "Ən yaxşı təqdimata” görə xüsusi təşəkkürnamə sertifikatına layiq görülüb.

Bu ilki sərgidə Bakcell stendinin qonaqları innovasiyalar və ən müasir texnologiyalar, rahat və müasir məhsul və xidmətlər və şirkətin son nailiyyətləri ilə tanış olub, bir çox maraqlı müsabiqə, oyun və hətta lotereyada iştirak etmək şansı qazanıblar.

"Bakutel 2018” zamanı Bakcell Azərbaycanda ilk dəfə olaraq "5G-yə hazırlıq” adlanan 4.5G texnologiyası üzərindən təmin olunan 600 Mbps mobil sürətini nümayiş etdirib.

Sərgidəki Bakcell stendini ziyarət edən qonaqlar innovasiya və texnologiyalarla yanaşı şirkətin yeni istifadəyə verilmiş "Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış olmaq və xüsusi lotereyada iştirak edib dəyərli hədiyyələr qazanmaq imkanı əldə ediblər. Həmçinin, Bakcell stendində gənc yerli developerlər tərəfindən "AppLab” inkubasiya mərkəzinin dəstəyilə yaradılmış 2 yeni layihə - –"Run2Help” və "bilik.az” təqdim olunub. Stendin "Wi-Fi Evinizdə” guşəsində isə sərgi ziyarətçiləri "Bakcell”in yeni təqdim olunmuş Wi-Fi qurğusunun üstünlükləri ilə tanış olub, ölkənin ən sürətli 4G internetindən istifadə etmək və "Virtuall Realliq” proqramında futbol oynamaq imkanı qazanıblar. Bundan əlavə, stendin qonaqları "Ulduzum” loyallıq proqramına aid labirint oyununda iştirak edərək "Ulduzum” tərəfdaşlarından maraqlı hədiyyələr qazanıblar.

"Bakcell”in "Bakutel 2018” sərgisində iştirakı ilə bağlı hazırlanmış videoçarxa burada baxa bilərsiniz: //youtu.be/8BMNHvH01j4  
Unikal, innovativ və maraqlı məzmun sayəsində Bakcell şirkətinin stendi "Ən yaxşı təqdimat”a görə "BakuTel-2018” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) şirkəti tərəfindən xüsusi təşəkkürnamə sertifikatı ilə təltif olunub.
 
 

OXŞAR XƏBƏRLƏR

Bu şəhərə giriş PULLU OLACAQ - Səhər saat 08:30-dan...

Sabahdan etibarən İtaliyanın turizm şəhəri olan Venesiyaya gündəlik giriş haqları alınacaq.   Sfera.az bildirir ki, gündəlik ziyarətlər üçün bi...

Sabah 31 dərəcə İSTİ OLACAQ

Aprelin 25-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. ...

Bu ölkədə “İphone” bəyənilmir – Satışlar getdikcə AZALIR

Qlobal texnologiya bazarı üzrə araşdırma aparan “Counterpoint”in məlumatına görə, Çində “Apple”nin məhsullarına tələb xeyli azalıb. ...

Sadır Japarov Azərbaycana dövlət səfərinə GƏLDİ - YENİLƏNDİ

Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.   Sfera.az xəbər verir ki, hər iki ölk...

Astarada ilk “Kontakt” mağazasının açılışında böyük izdiham -  60%-DƏK ENDİRİMLƏR

“Kontakt” mağazalar şəbəkəsi qucaq dolu fürsətlər və ənənəvi açılış proqramı ilə Astaraya gəldi. Ölkənin bütün bölgələrinə sevinc gətirməyi hədəfləy...

“Altsheymer”ə çarə axtaran, qlobal problemləri həll etmək istəyən “Sabahın alimləri” – Onlar kimdir?

Ötən həftə keçirilən “Sabahın alimləri” XIII Respublika müsabiqəsində uğurla iştirak edərək beş qızıl, bir gümüş medala sahib olan “Dünya&rdqu...