“BakuBus”ın sürücüsü tapdığı noutbuku sahibinə qaytardı

“BakuBus”ın sürücüsü tapdığı noutbuku sahibinə qaytardı

Fevralın 18-də Bakı Nəqliyyat Agentliyinə məxsus "BakuBus” MMC-nin 3 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən məktəbli noutbukunu avtobusda unudaraq gedib.

Sfera.az report-a xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, sürücü Qafar Amanov noutbuku taparaq sahibinə qaytarıb. 


OXŞAR XƏBƏRLƏR