“BakuBus”a dələduzluq ittihamı - “Pulumu vermədilər...”

“BakuBus”a dələduzluq ittihamı - “Pulumu vermədilər...”

Yeni istifadəyə verilən “BakuBus” nəqliyyat sisteminin rəhbərliyini dələduzluqda ittiham edilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, məsələ yaxın günlərdə istifadəyə verilən şirkətin rəsmi saytı bakubus.az ilə bağlıdır.

Colart MMC-nin təsisçisi Kamran Atayev “Qafqazinfo”ya bildirib ki, müqavilə əsasında bakubus.az veb saytını onlar düzəldib: ““BakuBus” MMC ilə aramızda 2014-cü ilin sentyabr ayında müqavilə imzalanmışdı. İlk olaraq 50 faiz ödəniş edildi. Müqavilədə 1 ay müddət göstərilib, amma biz işi daha tez təhvil verdik. İşin tələsik olduğunu nəzərə alaraq bir gün ərzində, müqavilə belə bağlamadan dizaynı işlədik. Onlardan razılıq aldıqdan sonra, növbə işləri gördük. Qurumun strukturları dəqiq olmadığı üçün dəfələrlə struktur da dəyişildi və buna uyğun olaraq dizaynda da dəyişikliklər oldu.

Sonra gözləmə rejiminə keçdik, ara sıra görüşürdük, amma yenə konkret işin təhvil alınması qalırdı. Əslində mən təhvil vermişdim, sadəcə arada münasibət xətrinə gözləyirdim. Bu il avqustun sonunda dəfələrlə əlaqə saxlamaq cəhdlərimdən sonra dedilər ki, işdən imtina edilib.

Səbəb kimi mənə verdikləri tapşırıqları yerinə yetirmədiyim göstərildi. Əslində isə saytla bağlı bütün tapşırıqlar hazır idi, kontentlə bağlı düzəlişlər etməyimi istəyirdilər, hansı ki, onlar da edilmişdi. Dəfələrlə izah etdim ki, kontent (məzmun) redaktəsi bizlik deyil, idarəetmə panelindən sifarişçi özü istədiyi məlumatı dəyişə bilər. İndi isə artıq saytı açıblar, ana səhifəyə bir maket atıblar, vəssəlam. İç səhifələr isə tam bizim işlərimizdir.

Əgər imtina üçün kifayət qədər səbəbləri varsa, bəs imtina edilmiş işi istifadə haqqı onlarda hardandır? Saytı istifadəyə verdikdən sonra yenə şirkətin əməkdaşları ilə əlaqə saxladım və "bizlik birşey yoxdur" dedilər”.

K.Atayev qeyd edib ki, “BakuBus” rəhbərliyi isə ona heç bir cavab vermir: “Yuxarı vəzifəli şəxslər ilə əlaqə saxlamağa çalışsam da, uğursuz oldu, Yazdığım “SMS”lərə də bir cavab verilmədi”.

Aysel


OXŞAR XƏBƏRLƏR

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...