Cəmİyyət

“BakuBus” 85 sürücünü işdən azad edib

“BakuBus” 85 sürücünü işdən azad edib
Paytaxtda sərnişindaşıma ilə məşğul olan "BakuBus" MMC ötən il 124, bu il isə 85 sürücünü yol verdiyi nöqsanlara görə işdən azad edib. Bu barədə şirkətin direktor müavini Azər Qasımov bildirib.

Bundan başqa, onun sözlərinə görə, daxili nizam-intizam qaydalarını pozduqları üçün 200-300 sürücü tənbeh edilib.

"Son nəticəsə "BakuBus"un nəzarətində olan marşrut xətlərində yol-nəqliyyat qəzalarının sayı azalıb", - deyə o qeyd edib.

A.Qasımov bütün sürücülərin təlimlərə cəlb edildiyini də vurğulayıb.
AdRiver
loading...

XƏBƏR LENTİ