İdman

“Baku Open” beynəlxalq turniri keçirildi

“Baku Open” beynəlxalq turniri keçirildi

İyulun 28-də Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Boks Arenasında budo döyüş növləri üzrə "Baku Open” beynəlxalq turnir keçirilib.

Turnirdə Azərbaycan, Pakistan, Türkiyə, Əfqanistan, İran, Özbəkistan və Hindistandan olan 300-ə yaxın idmançı çıxış edəcək.

Yarışda qızlar və oğlanlar uşaqlar, yeniyetmələr, gənclər və böyüklər kateqoriyalarında mübarizə aparıblar. Turnir semi-kontakt, ful-kontakt, fri-kontakt, layt-kontak, sabaki-citsu, submission, B-1, F-1 və S-1 qaydaları üzrə keçirilib
Qubadlı idman klubunun prezidenti Akşin Hüseynovun mətbuata verdiyi məlumata əsasən "Qubadlı" idman klubun beş idmançı ilə turnirdə iştirak edərək növbəti uğurların əldə ediblər. Beş idmançı öz dərəcələrində hamısı birinci yerə layiq görülüb. 

Məmmədzadə Mustafa Ramil oğlu: 8 yaş, 55 kq çəki dərəcəsində 1 yer

Şükürov Emil İlkin oğlu: 9 yaş, 45 kq çəki dərəcəsində 1 yer

Şirvanlı Rəsul İlqar oğlu 12 yaş, 45 kq çəki dərəcəsində 1 yer

Ağazadə Orxan Şamo oğlu 9 yaş, 25 kq çəki dərəcəsində 1 yer

Talıbov Əliağa Emin oğlu 9 yaş, 35 kq çəki dərəcəsində 1 yer 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031