Cəmİyyət

“Baku Medical Plaza”dan etiraf: "Ölən qız bizim plazada müalicə olunub"

“Baku Medical Plaza”dan etiraf:
"Baku Medical Plaza” 3 dəfə burun əməliyyatından sonra dünyasını dəyişən Gülyaz Hacıyevanın ölümünə aydınlıq gətirib.

Xəstəxanadan aznews.az-a verilən məlumata görə, Gülyaz Hacıyeva "Baku Medical Plaza”nın Babək prospektindəki filialında müalicə olunub:

"Gülyaz Hacıyeva "Baku Medical Plaza”da əməliyyat olunmayıb. O, başqa bir klinikada əməliyyat olunub. Özünü yaxşı hiss etmədiyindən sonradan bizim plazaya müraciət edib. Onun ölümünün bizim plazanın həkimləri ilə hər hansı əlaqəsi yoxdur”.

Qeyd edək ki, Gülyaz Hacıyeva 3 dəfə keçirdiyi burun əməliyyatından sonra vəfat edib. Sosial şəbəkələrdən əldə edilən məlumata görə, gənc qızın əməliyyatı "Baku Medical Plaza”da baş tutub.

Xatırladaq ki, gənc qız 15 gün ərzində 3 dəfə əməliyyat olunub. İlk əməliyyatı aprelin 3-də, sonuncu isə aprelin 17-də həyata keçirilib.
 
Sfera.az

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031