“Baku Lüks Tikinti”nin qanunsuz hərəkəti kütləvi etirazlara səbəb oldu - FOTO - VİDEO

“Baku Lüks Tikinti”nin qanunsuz hərəkəti kütləvi etirazlara səbəb oldu - FOTO - VİDEO
Bakıda bir qrup sakin yaşadıqları binanın qarşısında elektrik yarımstansiyasının tikintisinə etiraz edir. 

Sfera.az "Report”-a istinadla xəbər verir ki, onlar bununla bağlı Baş Prokuror Zakir Qaralova, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevə, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ünvanlayıblar.

Bakı şəhər Xətai rayonu, Natiq Əliyev küçəsi 3 E ünvanında yaşayan şikayətçilər ərizələrində bildiriblər ki, binaları 2 girişli və 135 mənzillidir.

Onlar "Baku Lüks Tikinti” MMC tərəfindən 2017-ci ildə pilot layihə kimi Xətai rayonu, Natiq Əliyev küçəsi, ev 10 ünvanında yerləşən 2 mərtəbəli, 42 mənzilli evin sökülərək yerində 2 girişli 16 mərtəbəli binanın inşa edildiyini diqqətə çatdırıblar.
 
Sakinlər qeyd ediblər ki, yaşadıqları ərazidə kifayət qədər sərbəst sahələri olsa da, baş plana əməl etmədən Dövlət Şəhərsalma norma və qaydaların 9.13 bəndini kobud sürətdə pozaraq onların binalarının qabağında 5 metrlik məsafədə elektrik yarımstansiyası tikməyə başlanılıb: "Halbuki həmin qaydaların müvafiq bəndində göstərilir ki, ayrıca duran paylayıcı və hər birinin gücü 10 kubmetr kV.A-da qədər və sayı 2-dən çox olmayan transformatorlardan ibarət 6-20 kV gərginlikli transformator yarımstansiyaları yerləşdirilərkən, səsdən mühafizə tədbirləri yerinə yetirilməklə, onlardan yaşayış və ictimai binaların pəncərələrinə qədər məsafə 10 metrdən, müalicə-profilaktika müəssisələrinə qədər isə 15 metrdən az qəbul edilməməlidir”.

"Cinayət Məcəlləsinin 222.1-ci maddəsində göstərilib ki, tikintinin planlaşdırılması, ona rəhbərlik edilməsi, habelə tikinti obyektinin sökülməsi və ya bu obyektdə yenidənqurmanın aparılması zamanı işlərin, eləcə də mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizliyi qaydalarının pozulması insanların həyat və sağlamlığı üçün real təhlükə yaratması cinayət əməlidir və həmin vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır”, - ərizədə bildirilir.
 
Sakinlər onların həyatı üçün təhlükənin yarandığını vurğulayıblar: "Dəfələrlə müraciət etməyimizə baxmayaraq, tikinti şirkətinin rəhbərliyi bizim müraciətlərimizə əhəmiyyət verməyib”.

Binanın sakinləri qanunsuz hərəkətlərin qarşısının alınması, əhalinin sağlamlığına təhlükə yaradan işlərin dayandırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsini barədə aidiyyatı qurumların göstəriş vermələrini xahiş edirlər.
 
OXŞAR XƏBƏRLƏR

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...

Prezident: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur.   Sfera.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ap...

Utancaqlıq sanırsınız, ancaq XƏSTƏLİKDİR - Qız övladı olanların DİQQƏTİNƏ! 

Mütəxəssislərin fikrincə, qızlara autizm diaqnozunu qoyulması oğlanlara nisbətən daha uzun çəkir, çünki qızlarda simptomlarda fərqliliklər olur.  &...

İlham Əliyev: "Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik"

Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik. Bu yerləşmə bizi narahat etmir.   Sfera.az-ın məlumatına görə, bu b...

Ceyhun Bayramov Çexiyadakı beyin mərkəzlərini Ermənistanla normallaşma prosesi barədə MƏLUMATLANDIRIB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində beyin mərkəzləri ilə görüşdə çıxış edib.   Sfera.az xəbər verir k...