Baku Electronics-dən şikayət var: “Notebook aldım, amma...”
Günay Məsimzadə Baku Electronicsdən şikayətçidir.
Sfera.az xanım istifadəçinin şikayətini təqdim edir: "Şikayətim Baku Electronics mağazalar şəbəkəsindəndir. 8 aydır mənim məsələmə nə mağazanın özü, nə də başqa bir yer baxmır. Avqust ayının 26-sı sözügedən dükandanların birindən3200 manatlıq notebook aldım. Amma nə montaj proqramı, nə də dizayn proqramı normal işləmədi. Bundan əlavə, kompyuter durduq yerdə iki dəfə ekran qaralması ilə söndü (batareyası da çox zəifdir).”
Nöqsanları üzə çıxan kompyuteri aldığı dükana qaytarmaq istəyən Günay Məsimzadə gözləmədiyi problemlər və süründürməçiliklə qarşılaşdığını vurğulayır:
"Sadalanan problemlərə görə, 14 gün sonra kompyuteri qaytarmaq istədim. Qaytarmadılar. Dedilər, servis baxsın, sonra. Kompyuteri servisə yolladılar, ordan da dedilər ki, problem həll olundu, amma yenə eyni problemlərlə üz-üzə qaldım. 14 gün bitdikdən sonra da kompyüteri geri götürməkdən imtina etdilər. Hər dəfə bir servisə yolladılar məni.
Servislərddən birində kompyuterin diaqnostikası üçün 40 gün vaxt istədilər. Bu vaxt ərzində mənə nə əvəzedici verdilər, nə də krediti dondurdular. Sonda servis də akt verdi ki, problemi yoxdur. Halbuki, servisdə kompyuteri işə salıb problemin nədə olduğunu əyani surətdə ustalara göstərmişddim. Amma ustalar mənə deyir ki, bu problem deyil, proqramların da hamısı orjinal və lisenziyalıdır. "
Nöqsanların aradan qaldırılmadığını, üstəlik ondan əlavə haqq tələb edildiyini dilə gətirən şikayətçi, fikrini belə tamamlayır:
"İndi də dükandan bildirirlər ki, ödənişdən 30% tutmaqla kompyuteri geri götürə, yaxud dəyişə bilərik. 30% isə 960 manat edir. Yəni, gördüyünüz kimi, heç kim, heç bir halda mənim məsələmə baxmır.”
Selcan
Sfera.az