"Baku Bus" qəza törətdi - Yaralılar var
Hadisə
14:20 / 15.03.2019
4150
Bakıda sərnişin avtobusu zəncirvari qəzaya düşüb, xəsarət alan var.
Sfera.az Ona-ya istinadən xəbər verir ki, Yasamal rayonu, Xiyabani küçəsində 17 saylı marşrut avtobusunun iştirakı ilə zəncirvari qəza baş verib.
Qəza zamanı bir avtomobil və 1 motosiklet yararsız vəziyyətə düşüb. Xəsarət alanların olduğu bildirilir.