Bakıya kütləvi kəpənək axını: NƏ BAŞ VERİR?

Bakıya kütləvi kəpənək axını: NƏ BAŞ VERİR?

 


Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Bakıda, eləcə də şəhər ətrafında kəpənəklərin kütləvi şəkildə müşahidə edilməsinin səbəbini açıqlayıb.

 

İnstitutun "Quru onurğasızları" laboratoriyasının kiçik elmi işçisi Nigar Yusifova Trend-ə bildirib ki, son günlərdə Bakı şəhərində kütləvi şəkildə rast gəlinən kəpənək növü "Vanessa cardui” növüdür. Bu növ hər il Şimali Afrikadan başlayaraq Aralıq dənizi, Qara dəniz, eləcə də region ölkələrin üzərindən Mərkəzi Avropa istiqamətində miqrasiya edir: "Vanessa cardui 5000 km məsafəyə qədər miqrasiya etmək xüsusiyyətinə malikdir. Nəzərə alaq ki, Azərbaycan bu növün miqrasiya yoluna çox yaxın yerləşir. Bu növün kütləvi yayılmasının əsas səbəbi onların miqrasiya etməsidir. Hazırda ölkəmizlə yanaşı, Kipr, İsrail və Türkiyədə də bu növün kütləvi artması səs-küyə səbəb olub".

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən isə sayta bildiriblər ki, son günlərdə ölkənin Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində, həmçinin Bakıda və Abşeron yarımadasında yayılmış kəpənəklərin heç bir zərəri yoxdur və əksinə, onlar kənd təsərrüfatı üçün faydalı hesab olunurlar.

 

Qeyd olunub ki, "Şeytanqaqalı" kəpənəyi adlandırılan və elmi adı Vanessa cardui olan bu həşəratların bolluğu biomüxtəlifliyin zənginliyi, çiçəkli bitkilərin tozlanması, quşlar üçün isə yem ehtiyatıdır. Faydalı fitofaq olmaqla, əkin sahələri üçün təhlükəli alaq otu hesab edilən qanqalın başlıca növlərinə qarşı bioloji mübarizə vasitəsidir.

 

"Şeytanqanqalı" kəpənəyi alaq oltlarında - qanqal, gicitkən, dəvətikanı, türpəng kimi bitkilərdə tırtıl qoyaraq çoxalır və həmin bitkilərlə qidalanır. Aprel-may aylarında ölkədə aparılmış monitorinqlər nəticəsində bu il taxıl və digər əkin sahələrində şeytanqanqalı kəpənəyi tırtılı yayılmış həmin alaq otlarının zəif inkişaf etdiyi müşahidə edilib…



OXŞAR XƏBƏRLƏR