Bakıya gələn türk aktyor Röyanın adını eşidib çaşbaş qaldı - FOTO
13:21 / 23.02.2019
4384
Məşhur türk aktyoru Can Nergis bir layihə çərçivəsində paytaxtımızın qonağıdır.
Milli.Az xəbər verir ki, geniş heyətlə Bakıya təşrif buyuran türkiyəli məşhurlar "5/5"in qonağı olublar.
Aparıcı Zaur Kamal gənc aktyora "Bizim çox ünlü müğənnilərimiz var - Röya, Aygün Kazımova, eşitmisiniz?" sualı ilə müraciət edib. Can Nergis cavabında "Yox, heç birini tanımıram. İlk dəfə Bakıya gəldim. Tanımıram Vallah. Azərbaycandan heç kimi tanımıram" deyib.
Zaur aktyoru bu laqeydliyinə görə qınayıb:
"Azərbaycana gələndə bir bizim müğənnimizin adını öyrənəydin internetdən, instaqram var".
Qeyd edək ki, Can "Arka sokaklar", "Tatlı intikam", "Maral", "Anne" kimi seriallarda yaratdığı obrazlarla diqqət çəkib.