Bakıya gələn avtobus yolda \"dondu\" - 27 DƏRƏCƏ ŞAXTADA ÖLÜMLƏ ÜZ-ÜZƏ...

Bakıya gələn avtobus yolda \
Soçi-Bakı reysilə hərəkət edən sərnişin avtobusu yolda qalıb.

Avtobus və sərnişinləri ilə bağlı bəzi məqamlar məlum olub.

Sfera.az lent.az-a istinadən xəbər verir ki, hadisə dünən gecə saat 1 radələrində Stavropol diyarında, Koçubey-Zelenokumsk-Mineralnıye Vodı magistralında baş verib. Avtobus hərəkətdə olarkən qəfil dayanıb. Məlum olub ki, avtobusun yanacağı donub. Yolun ortasında ölüm təhlükəsiylə üz-üzə qalan sərnişinləri Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli şöbəsinin əməkdaşları xilas ediblər. Hadisənin baş verdiyi Stavropol diyarı Budyonovsk rayonunun rəhbərliyi sərnişinləri dərhal yaxınlıqdakı Starodubskoye kəndində yerləşən 6 saylı "Kolokolçik" adlanan uşaq bağçasına yerləşdirib.

Budyonovsk rayon administrasiya sədrinin müavini Marina Burinova Lent.az-ın əməkdaşıyla söhbətində bildirib ki, avtobusda 26 sərnişin olub (ikisi uşaqdır). Onların hamısı Azərbaycan vətəndaşlarıdır.

"Gecə 1 radələrində bizə məlumat daxil oldu. Qərar verdik ki, sərnişinləri yaxınlıqdakı bağçaya yerləşdirək. Gecikmək olmazdı, onları şaxta vura bilərdi və daha ağır nəticələrə səbəb olardı. Çünki bu il bizim tərəflərdə (Stavropol diyarında) tarixdə görünməmiş şaxtalar düşüb. Dünən gecə isə 26 dərəcə şaxta vardı. Dərhal tədbir gördük. Sərnişinlər isti yemək və çayla təmin edildilər. Hadisədən sarsıntı keçirənlərə tibbi yardım göstərildi. Sərnişinlərin arasında bir hamilə qadın vardı. O, dərhal nəzarətə götürüldü. Sərnişinlərin səhər yeməyi və naharını da yerli administrasiya öz üzərinə götürüb".

Sözügedən sayt avtobusun sürücüsü Vüsal Rzayevlə də əlaqə yarada bilib. Sürücünün dediyinə görə, avtobus hərəkətdə olarkən qəfil dayanıb.

"Məlum oldu ki, dizel yanacağı donub. Dərhal yerli FHN-lə əlaqə saxladım. Sağ olsunlar, tez köməyə çatdılar. Sərnişinlər bağçadadırlar. Biz də artıq avtobusu təmir edib bitirmişik. Bir-iki saata yola düşəcəyik".

Vüsal Rzayevin dediyinə görə, o, illərdir Rusiya istiqamətində işləyir.

"Amma ilk dəfədir ki, belə halla rastlaşmışam. Gecə 26-27 dərəcə şaxta olacağını proqnozlaşdırmamışdıq. Şükür, yenə yaxşı qurtardıq. Don vuran, zərərçəkən olmadı. Bir azdan Bakıya yola düşürük". 

OXŞAR XƏBƏRLƏR

Dövlət Xidməti məktəblini təltif etdi - FOTOLAR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Bakı şəhəri, Sabunçu rayonunda yerləşən 67 saylı tam orta məktəbdə tədbir keçirilib...

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin de...

Azərbaycanda 51 kiloqram narkotik AŞKARLANDI - Həbs olunan var

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Astara sakinində 51 kiloqram narkotik aşkar ediblər.   Bu barədə Sfera.az-a ...

Prezident ADA Universitetində forumda iştirak edir

Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir.   Sfera.az xəbər verir ki...

Azərbaycan XİN Malayziyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bayram paradının məşqi zamanı Malayziyanın Hərbi Dəniz Qüvvələrinin helikopterlərinin toqquşması nəticəsində vətəndaşlar...

Fəzail Ağamalı vətəndaş nikahından DANIŞDI: "Avropada artıq azalır, Azərbaycanda isə..."

"Vətəndaş nikahı Avropadan Azərbaycana keçib. Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır, amma Azərbaycanda isə getdikcə artır".  &nb...