Bakıya 350 kilo dopinq gətirildi

Bakıya 350 kilo dopinq gətirildi
Misir mətbuatı yerli Ağır atletika Federasiyasının nümayəndələri tərəfindən həyata keçirilmiş nəhəng maxinasiyalar barədə söhbət açır.

Sfera.az Virtualaz.org-a istinadən xəbər verir ki, ahram.org saytının ifşaedici məqalələrində misirli idmançıların aprelin 20-dən mayın 10-na kimi təlim toplanışı keçirdiyi Azərbaycanın da adı hallanır.

Bakıdakı üç həftəlik təlim-məşq toplanışından qayıdarkən Misir yığması Qahirəyə külli miqdarda qida əlavələri, stimulyator və digər preparatlar gətirib. Misir nəşri idmançıların bu işini "əsrin sövdələşməsi” adlandırıb.

Əhvalatın başlanğıcı ötən ilin iyul ayına gedib çıxır – o vaxt Qahirənin beynəlxalq hava limanına Misir yığma komandasının formasını geymiş bir qrup şəxs gəlmişdi. Onlar Dubaydan gəlmişdilər və özləri ilə "idman qidası” gətirmişdilər.

Qahirədə gömrükdə bu şəxslər bildirmişdilər ki, Misir Paralimpiya Komitəsinin ağırlıqqaldıranlarıdır. Lakin gömrükçülərin telefon zənginə cavab olaraq, komitədən bildirilmişdi ki, onların nümayəndələri Dubaya getməyiblər. Nəticədə, malı hava limanından keçirməyə icazə vermədilər. Böyük məbləğdə cərimə təyin olunmuşdu ki, həmin pulu ödədikdən sonra həbs edilmiş malı Misirdən çıxarmaq olardı.

Ahram.org yazır ki, Misir yığma komandasının ağırlıqqaldıranlarının xidmətlərindən istifadə etmək qərara alındı – onlar iyun ayında keçiriləcək Aralıq dənizi Oyunlarına hazırlaşmaq üçün 25 idmançı qrupu şəklində Bakıya təlim-məşq toplanışına yollanmalı idilər. Plana əsasən, cərimə ödənildikdən sonra Qahirə hava limanında sövdələşmənin iştirakçılarından biri malı məşqçilərdən birinə ötürməli, o isə öz növbəsində preparatları Qahirə-İstanbul-Bakı reysi ilə uçan idmançıların çamadanlarına və əl çantalarına bölüşdürməli idi. Tabletlərin olduğu cəmi 15 çanta vardı. Bir çox ağırlıqqaldıranlar onlardan çantalarında bu maddələrin keçirilməsi xahişinə möhkəm təəccüblənmişdilər. Bəziləri hətta məşqçinin təklifinə rədd cavabı vermişdi.

Qeyd etmək lazımdır ki, hər hansı səfərə, yaxud uzunmüddətli toplanışa yollanan ağırlıqqaldıranlar hər zaman özləri ilə dərman aparırlar. Cinayətkarların məntiqi üzrə milli komandanın aralarında Olimpiada və dünya çempionatlarının mükafatçıları olan üzvlərini nə Bakıda, nə də qayıdarkən Qahirədə heç kim ciddi şəkildə yoxlamayacaq. Beləliklə, aprelin 20-də preparatlar Bakıya gətirilib və mayın 10-da heç bir problem olmadan Misirin paytaxtına qaytarılıb.

Bildirildiyinə görə, malın ümumi çəkisi 350 kiloqramdan artıq olub, onun satışından əldə olunacaq gəlir isə dəyərinin 400-500 faizi həcmindədir.

Azərbaycan Ağır atletika Federasiyasından virtualaz.org-a bildirildiyinə görə, Misir mətbuatının yazdıqlarından bixəbərdirlər.

"Misir yığması Bakıda üç həftəlik toplanış keçirib və Azərbaycanı tərk edib. Misirlilərin öz gömrükləri ilə hansı problemlərinin olması barədə məlumatımız yoxdur”, - Federasiyanın mətbuat xidmətindən bildiriblər və əlavə ediblər ki, ərəb ağırlıqqaldıranları müntəzəm olaraq Azərbaycana təlim-məşq toplanışlarına gəlirlər. Yaxın zamanlarda Mərakeş, Oman və Səudiyyə Ərəbistanından ağırlıqqaldıranların gəlişi gözlənilir. Ərəb idmançılarını Azərbaycana gətirən burada təklif edilən qiymətlər, şərait və iqlimdir.

OXŞAR XƏBƏRLƏR

Deputatdan MÜHÜM TƏKLİF: "Onlar da nəzərə alınmalıdır"

“Müharibə veteranları və onların ailələri haqqında güzəştlərdə Əfqanıstan müharibəsində iştirak edən azərbaycanlılar da nəzərə alınmalıdır”. &nbs...

Xəzər dənizində süni torpaq sahələri ilə bağlı yeni qanun layihəsi TƏSDİQLƏNDİ

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib.   Sfera.az-ın xəbərinə görə, Milli M...

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə YENİ HÜQUQ VERİLİR

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir.   Sfera.az-ın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında m...

Donald Tramp: "Ukraynaya dəstək artırılmalıdır"

Ukraynaya dəstək artırılmalıdır.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.  ...

"134 əməkdaşla 36 milyardlıq büdcənin auditini əhatə etmək qeyri-mümkündür" - Zahid Oruc

“Hesabata dair hər iki məruzəni yüksək qiymətləndiririk. Çünki obyektivliyə əsaslanır, xərclər barəsində parlament üzvlərində peşəkar rəy yaradır, başa dü...

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...