Bakının yollarında hazırkı vəziyyət
09:48 / 03.05.2016
1910
Bu gün səhər saatlarında Bakı-Sumqayıt şossesində Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında (paytaxta doğru) nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.
Milli.Az-a bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Eyni zamanda, Həsən Əliyev küçəsi, Tbilisi prospekti ("20 Yanvar" metrostansiyası istiqamətində), habelə Yusif Səfərov küçəsi (Neftçilər Xəstəxanasının qarşısı) və Binəqədi şosesində avtomobillərin hərəkətində sıxlıq yaranıb.