Bakının mərkəzindəki modalar evində şok cinayət - Gəlinliklər məhv edildi - FOTO

Bakının mərkəzindəki modalar evində şok cinayət - Gəlinliklər məhv edildi - FOTO

Bakının məhşur gəlinlik salonunda ağlagəlməz hadisə baş verib.

Yasamal rayonu, Azərbaycan küçəsində yerləşən modalar evinə hücum edilib. Salonun rəhbəriSevinc Qurbanova criminal.az-a bildirib ki, bu gün günorta saatlarında bir gənc oğlan salona daxil olaraq əlində qapağı kəsilmiş ''Coca-cola'' qabında olan məhlulu gəlinlikərin üstünə töküb.

Şikayətçinin sözlərinə görə, ona 100 min manatdan artıq ziyan dəyib. Bütün gəlinlik modelləri məhv edilib. 

S.Qurbanova qeyd etdi ki, cinayət sifarişlə həyata keçirilib. Məqsəd biznesinin məhv edilməsiə yönəlib. 

Hadisə ilə bağlı polisə müraciət olunub. 



OXŞAR XƏBƏRLƏR