Bakının mərkəzində bina yanır - VİDEO

Bakının mərkəzində bina yanır - VİDEO
Bakıda Mədəniyyət evində yanğın hadisəsi baş verib.

Sfera.az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində baş verib.

Yasamal Rayon Mədəniyyət Evinin elmi-metodiki mərkəzinin 3 mərtəbəli binasında qəfil yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Artıq binadakı yanğın söndürülüb. Hadisə nəticəsində mərkəzin 50 kv.metrlik sahəsi yanıb, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.



----------


Bakının mərkəzində yanğın başlayıb.

Sfera.az xəbər verir ki, yanğın Bəşir Səfəroğlu küçəsinin yaxınlığında olan binalardan birində başlayıb.
 


OXŞAR XƏBƏRLƏR