Cəmİyyət

Bakının "kupça" problemi - Yeni tikilən binalarda ev alanlar nə etməlidirlər?

Bakının
"Yaranmış problemin günahı tikinti şirkətlərində, daha doğrusu onların ilkin qeydiyyat sənədlərini normal qaydada aparmaqdan yayınmalarındadır”.
 
Sfera.az-a açıqlamasında bu sözləri Bakıda hələ də yeni tikilən binalara köçən əksər sakinlərin evlərinə dövlət reyestrindən çıxarış ("kupça”) ala bilməmələrinin səbəbini açıqlayarkən Əmlak Ekspert Mərkəzinin sədri Ramil Osmanlı deyib:
 
"Problemin kökündə dayanan məqam əsasən məhz budur. Tikinti şirkəti tikintiyə başlayarkən müvafiq qurumlardan rəylər və icazə sənədləri alır. Bir çox hallarda tikinti şirkətləri ödənişlərdən yayınmaq, öz xərclərini azaltmaq üçün bu cür qeydiyyat işlərini qanuna uyğun şəkildə aparmaqdan yayınır. Yəni lazım olan sənədlərin hamısını almaqda maraqlı olmurlar. Nəticədə tikintinin istismarına rəy verən qurum olaraq Bakı Şəhər İcra Hakimiyyəti həmin qanun pozuntusunu əsas götürməklə rəy verməkdən imtina edir. Tikinti şirkəti də nəticədə sakinlər qarşısında öz öhdəliyini BŞİH-i binanı istismara qəbul etmək istəmir cümləsilə bitirmiş olur.
 
Apardığım müşahidələr göstərir ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bu istiqamətdə səyyar qeydiyyat kampaniyası həyata keçirməyə hazırdır. İstənilən bina sakinləri onlara müraciət etsə, onlar bu kampaniyanı həyata keçirə bilərlər. Ancaq eyni zamanda bir çox hallarda BŞİH də subyektiv yanaşmalara yol verir. Hətta ortalığa müəyyən korrupsiya elementləri çıxır. Ona görə də bu məsələdə tikinti şirkətləri və binanı istismara qəbul edən BŞİH-nin üzərinə daha çox öhdəlik düşür”.
 
Qeyd edək ki, yeni tikilən binalara köçən vətəndaşların böyük əksəriyyəti hələ də dövlət reyestrindən çıxarışla, yəni "kupça” ilə təmin olunmayıb. Bu prosedur yubanır. İqtisadçıların araşdırmasına görə, Bakıda yeni tikilən binaların təxminən 70 faizində çıxarış yoxdur. Nəticədə evinə köçən sakin "kupça”nın olmaması üzündən hüquqi baxımdan mənzilə sahib olmamaqla sonrakı mərhələdə ondan istəyinə uyğun istifadə edə bilmir.
 
ELÇİN
Sfera.az
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31