Bakının kirayə ev bazarı: Qiyməti kimlər qaldırır?

Bakının kirayə ev bazarı: Qiyməti kimlər qaldırır?
Bakıda mənzil sahibi olmaq istəyənlər istənilən qiymətə ev tapa bilərlər. Ancaq ev bazarından fərqli olaraq kirayə ev bazarı od tutub yanır. Sfera.az Bakıda kirayə qiymətlərini araşdırıb. Son illər Bakıda kirayə ev bazarında qiymətlər fantastik şəkildə bahalaşıb. Bu bahalaşmaya səbəb nədir?
 
 
Azərbaycanda kirayə ev bazarına turistlərin son illər ərzində axını ilə təlabat artıb. Bu qiymət artımına təsir edən amillərdən biridir. Ancaq turizm axını da qiymətin bu dərəcədə bahalaşmasına təsir edə bilməz. Çünki bizdən fərqli olaraq Türkiyə il ərzində 15 milyondan artıq turist qəbul edir. Ancaq Türkiyənin özündə belə kirayə evlər bizdəki qədər baha deyil.  Onda bu bahalaşmaya səbəb nədir?
 
Müraciət etdiyimiz ekspert Pərviz Qəmbərov  bahalaşmanı maraqlı arqumentlə izah edir. "Bakıda kirayə ev bazarı bir qrupun əlində cəmləşib.
 
Təsəvvür edin ki, Bakının ən bahalı evləri şəhərin mərkəzi hissəsindədir. "Fəvvarələr bağı” "Sahil” metrosunun üstündə yerləşən binalardakı evlərin kirayə qiyməti olduqca bahadır.Kirayə bazarında elə adamlar var ki, yüzlərlə ev kirayə verir. Qiymətləri də həmin şəxslər tənzimləyir. "Fəvvarələr bağı” nda günlük kirayə evlər 200-1000 dollar arşında dəyişir. Şəhərin başqa ərazilərindən daha çox turistlər mərkəzi hissədə evlər tutur. Bu da bahalaşmaya səbəb olur. "Gənclik”də ev kirayə verən şəxs öz evini  "Fəvvarələr bağı”ndakı qiymətlə eyniləşdirir. Yasamalda evlər nisbətən ucuzdur. Burada günlük 100 manatdan başlayan evlər tapmaq olar. Amma bizdə günlük kirayə ev bazarı ən çox turistin səfər etdiyi qonşu ölkə Gürcüstandan qat-qat bahadır. Ölkəmizə ən çox gələn ərəb turistlər də etiraf edirlər ki, Bakıda kirayə evlər hətta Londondan da bahadır. Biz bu bahalaşma ilə ölkənin büdcəsinə valyuta gətirən turistin qarşısını alırıq. Bu bahalaçmaya görə turistlər ölkəyə gəlmək istəmir. Yəni süni bahalaşmanı bir qrup ev dəllalı edir.”
 
Kirayə günlük evlərin  qiymətləri əraziyə görə dəyişir. Metrostansiya yaxınlarında, şəhərin mərkəzində yerləşən evlərin  günlük kirayə qiyməti daha bahadır. 
 
Ekspertlər hesab edir ki, kirayə ev bazarı nəzarətə alınmasa  qısa zamanda qiymətlər daha da bahalaşacaq. Bu isə ölkəyə gələn turist axının azalmasına təsir göstərəcək.
 

OXŞAR XƏBƏRLƏR