Bakının ərəblərə “qul” olan restoranları – Pul qazanmaq üçün bu yollara da əl atırlar – Video
18:55 / 25.05.2018
6181
"Space” Tv-nin efirində yayımlanan "Olar? Olmaz!” verilişində bu dəfə ana dilimizə qarşı olan hörmətsizlikdən danışılıb. Teleaparıcı Amil Xəlil şəhərdə fəaliyyət göstərən bir neçə restoranlara üz tutub.
Görüntülərdən də gördüyünüz kimi restoranların önündə Azərbaycan yox, ərəb musiqiləri səslənir. Bundan başqa menyu kitabçaları, reklam tabloları belə Azərbaycan dilində yox, ərəb dilində təqdim edilir.
Millət vəkili Aydın Mirzəzadə də məsələyə münasibət bildirib: "Bu qanuna ziddir. Bütün yazılar ancaq Azərbaycanın dövlət dili olan Azərbaycan dilində yazılmalıdır. Daha sonra digər dillər qeyd edilməlidir”.